top
“Kənd yumurtası” adı ilə alıcılar necə aldadılır?
11 noyabr 2025, 14:06
- +

“Kənd yumurtası” adı ilə alıcılar necə aldadılır?

Qusar şəhər bazarında kənd yumurtası tapmaq çətinləşib. Bununla bağlı bəzi alverçi və satıcılar yumurta qıtlığından istifadə edərək broyler yumurtalarını “kənd yumurtası” adı ilə baha satmağa çalışırlar. Hazırda bazarda belə “kənd yumurtaları”nın ədədi 40 qəpiyə təklif olunur. Satıcılar isə vədlər verirlər ki, satdıqları yumurta əsl kənd yumurtasıdır.

Bizim.Media-nın məlumatına görə, müşahidələr göstərir ki, alıcılar aldadılır və broyler yumurtası kənd yumurtası adı ilə satılır.

Bazarının nəzdində fəaliyyət göstərən “Riad” firmasının direktoru Tiflisə Nəzərova əsl kənd yumurtasının olmadığını təsdiqləyib. O bildirib ki, bəzi satıcılar broyler yumurtasını kənd yumurtası adı ilə satmağa cəhd etsələr də, belə hallarla rastlaşan kimi həmin şəxsləri bazardan uzaqlaşdırırlar.

“Hazırda yumurta az olduğundan belə hallar baş verir”, – deyə Nəzərova vurğulayıb.

Qusar Dövlət Aqrar İnkişaf Mərkəzinin bitkiçilik sektorunun müdiri Xələf Babayev isə bildirib ki, toyuqlarda yumurtlama prosesi bioloji xüsusiyyətlərinə və saxlanma şəraitinə görə ləng gedir. Bazarlara çıxan saxta kənd yumurtalarının əksəriyyətini kəndlərdəki mağazalar alır və bazara təqdim edir. Müşahidələr göstərir ki, qonşu rayonlarda da yumurta qıtlığı mövcuddur. Amma Qusar bazarından fərqli olaraq, Xudat şəhər bazarında əsl kənd yumurtası satılır və bir yumurtanın qiyməti 35 qəpikdir.

Ümumilikdə bazarlardakı qiymətlər və saxta məhsul satışı üzərində hansı qurumun nəzarət etdiyi sual doğurur. Bununla mübarizə aparmaq yalnız bazarın rəhbərliyinin öhdəsinə düşməməlidir. Dövlət qurumları da bu məsələyə nəzarət etməli və istehlakçı hüquqlarını qorumağa çalışmalıdır.

Son xəbərlər

Kommunal
Dünən, 18:01

Şabranda su xətti zədələnib - İsrafın qarşısı alınmır

Gündəm
Dünən, 17:40

Deputat: "Bu çaylarda sel təhlükəsi artır"

Gündəm
Dünən, 17:00

Şamaxının deputatı: "30-a yaxın kənddə su problemi var"

Gündəm
Dünən, 16:12

Bəzi ərazilərə qar yağır - FAKTİKİ HAVA

Gündəm
Dünən, 16:00

Kənan Həsənli: "2026-da dörd peşə təhsili müəssisəsi açılacaq"

Gündəm
Dünən, 15:20

Şahin Məlikov: "Şəki yaxın illərdə əsas turizm mərkəzi olacaq"

Gündəm
Dünən, 14:40

Küləkli hava şəraiti ilə bağlı xəbərdarlıq edilib

Gündəm
Dünən, 14:00

FHN-in sifarişi ilə 4 ev tikiləcək

Bu gün nə günüdür?
Dünən, 13:34

Qubalı Vətən müharibəsi şəhidinin ad günüdür

İdman
Dünən, 12:50

Qax məktəbliləri oxatma ilə tanış olublar

Xaçmaz
Dünən, 12:05

Xaçmazda zərərçəkmiş fermerə 200 min manat sığorta ödənildi

Bu gün nə günüdür?
Dünən, 11:13

Qubanın tanınmış fotoqrafı Nazim Səlimxanoğlu 70 yaşını qeyd edir

Xaçmaz
Dünən, 10:40

Xaçmazda dəm qazı faciəsi

Gündəm
Dünən, 09:53

Azərbaycanda İİV-lə yaşayanların sayı açıqlanıb

Gündəm
Dünən, 09:10

14 yaşlı qız dəm qazından zəhərləndi

Gündəm
01 dekabr 2025, 18:01

"Şahdağ Turizm Mərkəzi"ndə yoxlamalar aparılıb

Gündəm
01 dekabr 2025, 17:36

Sabah bəzi ərazilərə qar yağacaq

Gündəm
01 dekabr 2025, 16:41

Avtomobil aşdı, kənd qazsız qaldı

Gündəm
01 dekabr 2025, 16:00

Bu gündən Azərbaycanda ov qadağan olunur

Nəqliyyat və yollar
01 dekabr 2025, 15:20

Xızıda minik avtomobili yanıb

İdman
01 dekabr 2025, 14:15

Zaqatalada "Məktəbli Kuboku"na start verilib

Gündəm
01 dekabr 2025, 13:24

Bu il Şəkidə 1017 nəfəri it dişləyib - FOTO

Gündəm
01 dekabr 2025, 12:40

Şəkidə yanğın olub

İqtisadiyyat
01 dekabr 2025, 11:32

Əmək pensiyalarının təyin edilməsi qaydası dəyişib

Oxşar xəbərlər