İsmayıllı rayonunda Basqal və Lahıc Tarix-Mədəniyyət Qoruqlarının tarixi min ilə gedib çıxır.
Bu iki qoruğun özünəməxsus üslubu ilə fərqlənən tarixi küçələri, məscidləri, sənətkar emalatxanaları və bir də Basqalın “Pir Çınarı” var. Pir Çınarını 1563-cü ildə Şeyx Səfayi əkib və önünə daş kitabə qoydurub. Sonrakı illərdə bu ağac əhali tərəfindən müqəddəs hesab edilib.
Qeyd edək ki, Basqal və Lahıcın tarixi yerlərində bərpa işləri yenicə yekunlaşıb.
Daha ətraflı AZTV-nin videomaterialında: