top
İsmayıllıda “Zubrları təbiətimizə qaytaraq!” adlı düşərgə keçirilib 
03 noyabr 2025, 19:00
- +

İsmayıllıda “Zubrları təbiətimizə qaytaraq!” adlı düşərgə keçirilib 

27-29 oktyabr tarixlərində İsmayıllı rayonunda Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə start verilən “Azərbaycanda zubrların reintroduksiyası” proqramı üzrə “Zubrları təbiətimizə qaytaraq!” adlı növbəti düşərgə təşkil olunub.

IDEA İctimai Birliyi, Azərbaycan Respublikasının Gənclər Fondu, Ümumdünya Təbiəti Mühafizə Fondunun (WWF) Azərbaycan nümayəndəliyi və Elm və Təhsil Nazirliyinin Respublika Uşaq Gənclər İnkişaf Mərkəzi tərəfindən keçirilən düşərgəyə İsmayıllı rayonundan ümumilikdə 52 məktəbli qoşulub.

“Zubrları təbiətimizə qaytaraq!” düşərgəsinin əsas məqsədi təbiətimizə qaytarılması nəzərdə tutulan zubrların qorunmasının vacibliyi haqqında gənclərin məlumatlandırılması, ətraf mühitin qorunması sahəsində onlarda xüsusi bilik və bacarıqların, təbiətə qayğıkeş və məsuliyyətli münasibətin formalaşdırılmasıdır.

Qeyd edək ki, Avropa zubrlarının Azərbaycan təbiətinə reintroduksiyası ilə bağlı proqram çərçivəsində IDEA İctimai Birliyi öz layihə tərəfdaşları Ekologiya və Təbii Sərvətlər Nazirliyi və WWF-in Azərbaycan Nümayəndəliyi ilə birgə geniş mühafizə və maarifləndirmə tədbirləri keçirir. 2012-ci ilin sonlarından etibarən zubrların ölkəmizin vəhşi təbiətinə reintroduksiya edilməsi istiqamətində intensiv işlər aparılır. Belə ki, 2015-ci ildə Şahdağ Milli Parkının İsmayıllı rayonunun inzibati ərazisinə aid olan hissəsində 305 hektar sahə ayrılıb, orada onların çoxaldılıb təbiətə buraxılması üçün kompleks inşa edilib.

2019–2024-cü illər ərzində ölkəmizə Fransa, Belçika və Almaniya zooparklarından ümumilikdə 46 baş zubr gətirilib. Hazırda parkda zubrların populyasiyası 68 başa çatıb.

Son xəbərlər

Kommunal
Bu gün, 18:01

Şabranda su xətti zədələnib - İsrafın qarşısı alınmır

Gündəm
Bu gün, 17:40

Deputat: "Bu çaylarda sel təhlükəsi artır"

Gündəm
Bu gün, 17:00

Şamaxının deputatı: "30-a yaxın kənddə su problemi var"

Gündəm
Bu gün, 16:12

Bəzi ərazilərə qar yağır - FAKTİKİ HAVA

Gündəm
Bu gün, 16:00

Kənan Həsənli: "2026-da dörd peşə təhsili müəssisəsi açılacaq"

Gündəm
Bu gün, 15:20

Şahin Məlikov: "Şəki yaxın illərdə əsas turizm mərkəzi olacaq"

Gündəm
Bu gün, 14:40

Küləkli hava şəraiti ilə bağlı xəbərdarlıq edilib

Gündəm
Bu gün, 14:00

FHN-in sifarişi ilə 4 ev tikiləcək

Bu gün nə günüdür?
Bu gün, 13:34

Qubalı Vətən müharibəsi şəhidinin ad günüdür

İdman
Bu gün, 12:50

Qax məktəbliləri oxatma ilə tanış olublar

Xaçmaz
Bu gün, 12:05

Xaçmazda zərərçəkmiş fermerə 200 min manat sığorta ödənildi

Bu gün nə günüdür?
Bu gün, 11:13

Qubanın tanınmış fotoqrafı Nazim Səlimxanoğlu 70 yaşını qeyd edir

Xaçmaz
Bu gün, 10:40

Xaçmazda dəm qazı faciəsi

Gündəm
Bu gün, 09:53

Azərbaycanda İİV-lə yaşayanların sayı açıqlanıb

Gündəm
Bu gün, 09:10

14 yaşlı qız dəm qazından zəhərləndi

Gündəm
Dünən, 18:01

"Şahdağ Turizm Mərkəzi"ndə yoxlamalar aparılıb

Gündəm
Dünən, 17:36

Sabah bəzi ərazilərə qar yağacaq

Gündəm
Dünən, 16:41

Avtomobil aşdı, kənd qazsız qaldı

Gündəm
Dünən, 16:00

Bu gündən Azərbaycanda ov qadağan olunur

Nəqliyyat və yollar
Dünən, 15:20

Xızıda minik avtomobili yanıb

İdman
Dünən, 14:15

Zaqatalada "Məktəbli Kuboku"na start verilib

Gündəm
Dünən, 13:24

Bu il Şəkidə 1017 nəfəri it dişləyib - FOTO

Gündəm
Dünən, 12:40

Şəkidə yanğın olub

İqtisadiyyat
Dünən, 11:32

Əmək pensiyalarının təyin edilməsi qaydası dəyişib

Oxşar xəbərlər