İsmayıllı Dövlət Peşə Təhsil Mərkəzinin qənnadçı–şirniyyatçı ixtisasında təhsil alan tələbələrin iştirakı ilə master-klass təşkil edilib.
Shimal.News xəbər verir ki, tədbirə valideynlər və işəgötürən müəssisələrin nümayəndələri də qatılıb.
Master-klass zamanı tələbələr müxtəlif şirniyyat nümunələri hazırlayıblar. Teamlar işəgötürən müəssisənin peşəkar qənnadçıları tərəfindən qiymətləndirilib və tələbələrin səriştə səviyyəsi yüksək dəyərləndirilib.
Mərkəzdən bildirilib ki, valideynlərin ilk dəfə olaraq bu cür praktiki dərsdə iştirak etməsi və övladlarının peşə bacarıqlarını yerindəcə izləməsi təhsilin şəffaflığı və motivasiya baxımından mühüm yenilik kimi qiymətləndirilir.