İsmayıllıda toy mərasimində kütləvi bıçaqlanma hadisəsi baş verib.
Shimal.News xəbər verir ki, sentyabrın 28-də saat 23:00 radələrində Talıstan kəndi ərazisində 23 yaşlı Elşən Babayev həmkəndlilərinə bıçaqla xəsarət yetirib.
Hadisə zamanı 2005, 2007, 2008 və 1976-cı il təvəllüdlü şəxslər müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılardan biri – bəy daha ağır vəziyyətdə xəstəxananın Cərrahiyyə şöbəsinə yerləşdirilib.
Qafqazinfo.az-ın məlumatına görə, Elşən Babayev sərxoş vəziyyətdə qonaqlardan biri ilə mübahisə edib və münaqişə məclisdən kənarda davam edib. Digər şəxslər onu sakitləşdirməyə çalışarkən E.Babayev bıçaqla hücum edib.
Şübhəli saxlanılıb. O, ilkin ifadəsində atasına qarşı deyilən xoşagəlməz sözlərə görə əsəbiləşdiyini bildirib.