İsmayıllı rayonunda bir yaşlı körpə bədbəxt hadisə nəticəsində həyatını itirib.
Report.az-ın məlumatına görə, Diyallı kəndində 2024-cü il təvəllüdlü Səma Sənan qızı Məmmədova həyətyanı sahədə olan su quyusuna düşüb.
Körpənin meyiti aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.