İsmayıllı rayonunun inzibati ərazisində yaşıllıqların məhv edilməsi faktı aşkar olunub.
Shimal.News xəbər verir ki, Buynuz kəndində Ülfət Əliyev tərəfindən 3 ədəd ağacın məhv edildiyi müəyyən edilib.
Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən nəzarət tədbirləri həyata keçirilib. Faktlarla bağlı adıçəkilən fiziki şəxs barəsində protokol tərtib olunub və qanunamüvafiq tədbirlər görülüb.