Beynəlxalq axtarışda olan Azərbaycan vətəndaşı Dağıstanda tutulub.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Shimal.News-a verilən məlumata görə Balakən Rayon Polis Şöbəsi tərəfindən ibtidai istintaq edilən yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma maddəsi üzrə cinayət işi üzrə axtarışda olan Şəhruddin Süleyman oğlu Göylərov İnterpol vasitəsilə Mahaçqalada saxlanılıb.
Hazırda Azərbaycan Respublikasında İnterpolun Milli Mərkəzi Bürosu tərəfindən həmin şəxsin aidiyyəti qurumlarla birgə Azərbaycana gətirilməsi üçün tədbirlər görülür.