Göyçaydan olan iş adamı Fərhad Əhmədova məxsus, atası Teymur Əhmədovun adını daşıyan “Aznar” Qapalı Səhmdar Cəmiyyətinin fəaliyyəti dayandırılıb.
Unikal.az-ın məlumatına görə, bu qərar “QARAÇAY” Fermer Şirkəti ilə “KƏND” MMC arasında bağlanmış müqavilələrə dair mübahisə ilə bağlıdır. Lakin “AZNAR” bu mübahisənin tərəfi deyil.
Məlumatda bildirilir ki, Göyçay Rayon Məhkəməsi və İcra Şöbəsinin qanunsuz hərəkətləri nəticəsində zavodun istehsalatı dayandırılıb, avadanlıqlar möhürlənib. Bu, Ali Məhkəmədə işə baxıldığı bir vaxtda baş verib.
Nəticədə, “AZNAR” 3 700 ton nar şirəsi istehsal və ixrac planını həyata keçirə bilmir, yüzlərlə işçi işsiz qalıb. Həmçinin bildirilib ki, müəssisəyə 5.875.200 AZN məbləğində potensial iqtisadi itki yaranıb.