Bu gün DSX rəisi, general-polkovnik Elçin Quliyev Qusar RİH-nin başçısı Sahir Məmmədxanovla birgə palçıq püskürən əraziyə - Laza kəndinə gələrək evləri boşaldılan sakinlərlə, kənd camaatı ilə görüşüblər.
Shimal.News xəbər verir ki, DSX rəisi sakinlərə selin fəsadlarının aradan qaldırılmasında kömək üçün iki ağır texnika göndərdiyini bildirib.
İcra başçısı isə palçıq axınının qarşısının alınması üçün Lazaçayda bütün zəruri tədbirlərin görüldüyünü deyib.
