"Uşaq yalnız ailənin deyil, eyni zamanda mənsub olduğu xalqın, dövlətin ən qiymətli sərvətidir. Məktəbəqədər təhsil müəssisələrinin sayının artırılmasına, uşaq bağçalarında və təhsil müəssisələrində tibbi, psixoloji xidmətin təşkilinə ehtiyac var".
Unikal.az-ın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında 2026-cı ilin dövlət büdcəsinin müzakirəsi zamanı parlamentin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri, deputat Hicran Hüseynova deyib.
"Beynəlxalq təcrübəni öyrənməklə 3 və daha çox uşaqlı ailələrə sosial dəstək proqramlarının həyata keçirilməsinə böyük ehtiyac var", - deyə komitə sədri bildirib.