Siyəzən rayonunun Daşlı Çalğan kəndi uzun illərdir ki, susuzluqdan və mavi yanacağın olmamasından əziyyət çəkir.
Məsələ ilə bağlı Shimal.News-a danışan yerli sakinlərin sözlərinə görə, təxminən 30 evin olduğu kənddə demək olar ki, nə su, nə də qaz var.
“Dəfələrlə aidiyyəti qurumlara müraciət etsək də, hər hansı bir tədbir görülməyib. Onlar bizə gah bu məsələlərin hələ planda olmadığını, gah da kəndin relyefinin buna imkan vermədiyini bildirirlər. Bəs biz burada necə yaşayaq? İsti yayda, soyuq qış günlərində bulaqdan su daşımaqdan yorulmuşuq”, - deyə sakinlər bildiriblər.