İsmayıllının Qıçatan kəndinin sakinləri illərdir qazsız qalıblar.
Sakinlər bildirirlər ki, ətraf kəndlərdə mavi yanacaq olsa da, yaşadıqları kənd qaz üzünə həsrət qalıb.
Kənd dəniz səviyyəsindən çox yüksəkdə yerləşdiyinə görə buranın qışı çox sərt keçir. Evləri normal temperaturda saxlamaq üçün sentyabrdan başlayaraq may ayına qədər odun sobaları yandırılır.
Məsələ ilə bağlı "Azəriqaz"dan "Xəzər Xəbər"ə bildirilib ki, kəndin qazlaşdırılmasına qarşıdakı dövrdə baxılacaq.
Ətraflı videoda: