Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun Siyəzən rayonu ərazisindən keçən 102-ci kilometrliyində yerləşən yol ötürücüsündə və kanal üzərindəki körpüdə aparılan təmir işlərinin bir hissəsi tamamlanıb.
Shimal.News xəbər verir ki, hazırda yolun Bakı şəhəri istiqamətində gedən hissəsində təmir-bərpa işləri başa çatdırılıb. Digər istiqamətdə, yəni əks hərəkət zolağında isə təmir işləri planlı şəkildə davam etdirilir.
Bütün tədbirlər nəqliyyat axınının təhlükəsizliyinin təmin olunması və sürücülər üçün komfortlu hərəkət şəraitinin yaradılması məqsədilə həyata keçirilir.
