Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı İsmayıllı, Qəbələ, Şəki və Qax rayonlarının inzibati ərazisində qanunsuz yolla ağac kömürü istehsal edilən kömür quyuları aşkar olunub.
Shimal.News xəbər verir ki, araşdırma zamanı qanunsuz kömür istehsalı ilə məşğul olan şəxslərin Bakı şəhər sakini İlqar Rüstəmov, İsmayıllı rayonu Qaraqaya kənd sakini Zahir Həşimov, Köhnə Daxar kənd sakini Heydər Mütəllimov, Qəbələ rayonu Yengicə kənd sakini Seymur Məmmədli, Şəki rayonu l Biləcik kəndində həmin kənd sakini Qəzənfər Xəlilov, Baş Küngüt kənd sakini Emin Yusubov, Qax rayonu Qarabaldır kənd sakini Namiq Əliyev, Şotavar kənd sakinləri Namiq Nadirov və Bəhruz Bayramov olduğu müəyyən edilib.
Faktlarla bağlı, adıçəkilən şəxslər barəsində akt və protokol tərtib edilərək qanunamüvafiq tədbir görülüb, kömür quyuları isə ləğv edilib.