Hazırda ölkəmizdə icra başçısı olmayan rayonların sayı 4-dür. Bunlar Balakən, Qax, Bakı şəhərinin Nəsimi və Naxçıvan Muxtar Respublikasının Culfa rayonlarıdır. Bunlarla yanaşı bir neçə şəhər və rayonlarda icra başçısının müavini vəzifələri də boşdur.
Unikal.az-ın məlumatına görə, aşağıdakı şimal bölgəsinin şəhər və rayonlarda icra hakimiyyəti başçılarının müavini vəzifələri vakantdır. Onların siyahısını təqdim edirik:
Şəki Şəhər İcra Hakimiyyəti - başçının birinci müavini və başçının müavini - Şəhər təsərrüfatı şöbəsinin müdiri
Xızı Rayon İcra Hakimiyyəti - başçının müavini - İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri
İsmayıllı Rayon İcra Hakimiyyəti - Başçının müavini - İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri
Qax Rayon İcra Hakimiyyəti - başçının müavini - Sosial iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri
Qəbələ Rayon İcra Hakimiyyəti - başçının birinci müavini
Qusar Rayon İcra Hakimiyyəti - başçının müavini - Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri
Oğuz Rayon İcra Hakimiyyəti - başçının müavini -Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri