Balakən rayonu Katex kəndində meyit aşkarlanıb.
Lent.az-ın məlumatına görə, kənd sakini 58 yaşlı İsmayıl Balayevin meyiti kənd ərazisindən keçən su arxında tapılıb. Meyitin üzərində zorakılıq əlamətləri olmayıb.
Mərhumun tüfeyli həyat tərzi sürdüyü bildirilir.
Onun ölüm səbəbi hələlik müəyyən edilməyib.
Faktla bağlı araşdırma aparılır.