Noyabrın 3-də Balakən rayonunun Şərif kəndində ağır yol-nəqliyyat hadisəsi baş verib.
Teleqraf.az-ın məlumatına görə, kənd sakini Yaqub Şəhmir oğlu Yaqubov idarə etdiyi “Mercedes-Benz” markalı avtomobilin idarəetməsini itirərək yol kənarında olan qum topasına çırpılıb.
Hadisə nəticəsində sürücü Yaqub Yaqubov və avtomobildə olan sərnişin Ramazan Qebeyev xəsarət alıb. Yaralılar xəstəxanaya çatdırılsa da, sürücünün həyatını xilas etmək mükün olmayıb.
Faktla bağlı Balakən Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 263.2-ci maddəsi (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, zərərçəkmişin ölümü ilə nəticələndikdə) ilə cinayət işi başlanıb, istintaq aparılır.