Ötən gün Bakı-Quba-Rusiya sərhədi magistral yolunun Giləzi ərazisindən keçən hissəsində yol-nəqliyyat hadisəsi qeydə alınıb.
Shimal.News-un əldə etdiyi məlumata görə, “Hyundai” markalı minik avtomobili idarəetməni itirərək beton maneəyə çırpılıb.
Nəticədə nəqliyyat vasitəsində olan iki nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar təcili tibbi yardım briqadası tərəfindən xəstəxanaya çatdırılıb.
Ölüm faktı qeydə alınmayıb.