Azərbaycan dilinin yeni orfoqrafiya və orfoepiya lüğətləri hazırlanır.
Yenisabah.az-ın məlumatına görə, bu baradə AMEA-nın Dilçilik İnstitutundan bildirilib.
Yeni lüğətdə apastroflu sözlərin siyahısı da tərtib olunacaq.
Eyni zamanda, yeni lüğətin hazırlanmasında süni intellektin də köməyindən yararlanılır.
Xatırladaq ki, Azərbaycan Dilinin Orfoqrafiya Lüğəti və Azərbaycan Dilinin Orfoepiya Lüğəti təqribən 5 ildən bir çapdan çıxır.