Quba-Xaçmaz yolunun Alekseyevka kəndi ərazisində yeni avtobus dayanacağının tikintisinə başlanılıb.
Shimal.News-un məlumatına görə, dayanacaq Elektroset yolundan əsas magistrala çıxış hissəsində yerləşəcək.
Yeni dayanacaq kənd sakinlərinin ictimai nəqliyyatdan istifadəsini daha rahat və əlçatan etmək üçün nəzərdə tutulub.