Azərbaycan Silahlı Qüvvələrinin general-mayoru Ağamir Sultanova general-leytenant ali hərbi rütbəsi verilib.
Shimal.News-un məlumatına görə, Prezident İlham Əliyev bu barədə Sərəncam imzalayıb.
Ağamir Əzizxan oğlu Sultanov 21 yanvar 1970-ci ildə Ağsu rayonunda anadan olub.
O, 20 iyun 1994-cü il "Azərbaycan Bayrağı" ordeni ilə, 25 iyun 2013-cü il il "Vətən uğrunda", 20 aprel 2016-cı ildə "İgidliyə görə" medalı ilə təltif edilib.
Polkovnik Ağamir Sultanova Azərbaycan Prezidenti İlham Əliyevin 7 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "general-mayor" ali hərbi rütbəsi verilib.
Cəbrayıl rayonunun işğaldan azad olunması uğrunda aparılmış döyüş əməliyyatlarında şücaət göstərmiş, Azərbaycan Silahlı Qüvvələrinin qərarına əsasən Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə təltif edilib.