top
Qumarla 171 milyon qazandı: “Şəkili Yusif”
14 noyabr 2025, 19:29
- +

Qumarla 171 milyon qazandı: “Şəkili Yusif”

Onlayn qumar oyunlarının təşkili və bu fəaliyyətlərdən əldə edilən vəsaitlərin leqallaşdırılması ilə bağlı “Qumar kralı” Yusif Baqiyev və digər təqsirləndirilən şəxslər barəsindəki cinayət işi məhkəməyə göndərilib.

Shimal.News xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat verib.

Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılan istintaqla müəyyən edilib ki, Yusif Baqiyev 2022-ci ildən 2025-ci ilin fevralınadək Pərviz Məmmədov, Ramil Saadov və digər şəxslərlə birlikdə onlayn qumar oyunları təşkil edərək xüsusilə külli miqdarda gəlir əldə edib. Dəstə üzvləri çoxsaylı şəxslərin adına bank kartları və hesablar açaraq pul dövriyyəsini təmin ediblər.

Qumar oyunlarından əldə edilən 171 milyon manatdan artıq vəsait “Paysis” MMC-nin rəhbəri Samir Nasibovla razılaşma əsasında müxtəlif şəxslərin adına qanunsuz açılmış elektron pul kisələrinə köçürülüb. Bu pulların 41 milyon manatdan çox hissəsi müxtəlif bank hesabları və əmlak alışı vasitəsilə leqallaşdırılıb.

İstintaq zamanı çoxsaylı elektron daşıyıcılar, bank kartları, nağd pul və digər sübutlar götürülüb. Dəstə üzvlərinin hesablarında 171 milyon manatdan artıq dövriyyə müəyyən edilib.

Toplanmış sübutlara əsasən Yusif Baqiyev, Ramil Saadov və Pərviz Məmmədova Cinayət Məcəlləsinin qanunsuz əmlak leqallaşdırma və qumar oyunlarının təşkili ilə bağlı maddələri üzrə ittiham elan edilib. Samir Nasibov isə həmçinin vəzifə saxtakarlığında təqsirləndirilir.

Yusif Baqiyev həbs edilib, Pərviz Məmmədov ev dustaqlığına buraxılıb, Ramil Saadov və Samir Nasibov barəsində polisin nəzarəti qətimkan tədbiri seçilib. Təqsirləndirilən şəxslərin 10 milyon manatdan artıq dəyərdə əmlakına həbs qoyulub və cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Axtarışda olan digər şəxslərlə bağlı istintaq davam edir. Daha əvvəl Yusif Baqiyevin qanunsuz qumar şəbəkəsi yaradaraq 161 milyon manat gəlir əldə etdiyi açıqlanıb.

Son xəbərlər

Kommunal
Dünən, 18:01

Şabranda su xətti zədələnib - İsrafın qarşısı alınmır

Gündəm
Dünən, 17:40

Deputat: "Bu çaylarda sel təhlükəsi artır"

Gündəm
Dünən, 17:00

Şamaxının deputatı: "30-a yaxın kənddə su problemi var"

Gündəm
Dünən, 16:12

Bəzi ərazilərə qar yağır - FAKTİKİ HAVA

Gündəm
Dünən, 16:00

Kənan Həsənli: "2026-da dörd peşə təhsili müəssisəsi açılacaq"

Gündəm
Dünən, 15:20

Şahin Məlikov: "Şəki yaxın illərdə əsas turizm mərkəzi olacaq"

Gündəm
Dünən, 14:40

Küləkli hava şəraiti ilə bağlı xəbərdarlıq edilib

Gündəm
Dünən, 14:00

FHN-in sifarişi ilə 4 ev tikiləcək

Bu gün nə günüdür?
Dünən, 13:34

Qubalı Vətən müharibəsi şəhidinin ad günüdür

İdman
Dünən, 12:50

Qax məktəbliləri oxatma ilə tanış olublar

Xaçmaz
Dünən, 12:05

Xaçmazda zərərçəkmiş fermerə 200 min manat sığorta ödənildi

Bu gün nə günüdür?
Dünən, 11:13

Qubanın tanınmış fotoqrafı Nazim Səlimxanoğlu 70 yaşını qeyd edir

Xaçmaz
Dünən, 10:40

Xaçmazda dəm qazı faciəsi

Gündəm
Dünən, 09:53

Azərbaycanda İİV-lə yaşayanların sayı açıqlanıb

Gündəm
Dünən, 09:10

14 yaşlı qız dəm qazından zəhərləndi

Gündəm
01 dekabr 2025, 18:01

"Şahdağ Turizm Mərkəzi"ndə yoxlamalar aparılıb

Gündəm
01 dekabr 2025, 17:36

Sabah bəzi ərazilərə qar yağacaq

Gündəm
01 dekabr 2025, 16:41

Avtomobil aşdı, kənd qazsız qaldı

Gündəm
01 dekabr 2025, 16:00

Bu gündən Azərbaycanda ov qadağan olunur

Nəqliyyat və yollar
01 dekabr 2025, 15:20

Xızıda minik avtomobili yanıb

İdman
01 dekabr 2025, 14:15

Zaqatalada "Məktəbli Kuboku"na start verilib

Gündəm
01 dekabr 2025, 13:24

Bu il Şəkidə 1017 nəfəri it dişləyib - FOTO

Gündəm
01 dekabr 2025, 12:40

Şəkidə yanğın olub

İqtisadiyyat
01 dekabr 2025, 11:32

Əmək pensiyalarının təyin edilməsi qaydası dəyişib

Oxşar xəbərlər