Ötən həftə təhsilverənlərin sertifikatlaşdırılması prosesinin 7-10 oktyabr tarixlərində təşkil olunan müsahibə mərhələsinin nəticələri açıqlanıb.
Shimal.News-un məlumatına görə, müsahibə mərhələsindən maksimum nəticə əldə edənlərdən biri də Elminə Novruzəliyevadır.
O, 10 oktyabr tarixində keçirilən müəllimlərin sertifikasiyasının müsahibə mərhələsində maksimum nəticə - 40 bal toplayıb.
Elminə Bayraməli qız Novruzəliyeva 1986-cı ildə Şabran şəhərində müəllim ailəsində anadan olub. 1993-2003-cü illərdə orta təhsil alıb, 2003-2007-ci illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Riyaziyyat fakültəsində Riyaziyyat/İnformatika ixtisası üzrə ali təhsilini tamamlayıb.
2003-cü ildən etibarən Şabran şəhəri 5 nömrəli tam orta ümumtəhsil məktəbində fəaliyyət göstərən müəllim, 18 illik pedaqoji fəaliyyətinin ilk 15 ilini riyaziyyat fənninin, son 3 ilini isə rəqəmsal bacarıqlar fənninin tədrisinə həsr edib. 2016-cı ildə keçirilən müəllimlərin diaqnostik qiymətləndirməsində Riyaziyyat fənni üzrə 56 bal, 2025-ci ildə keçirilən sertifikasiya imtahanında isə İnformatika fənni üzrə 59 bal toplayıb.