Şamaxı rayon Qızmeydan kəndində məktəbli oğlan faciəli şəkildə ölüb.
Unikal.az-ın məlumatına görə, kənd sakini, 14 yaşlı Emil Eyvaz oğlu Hümbətov hamam otağında dəm qazından zəhərlənib.
O, yaxınları tərəfinfən Şamaxı Rayon Xəstəxanasına çatdırılsa da həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.