Zaqatala şəhərində içməli suyun verilişində müvəqqəti fasilə yaranıb.
Shimal.News xəbər verir ki, buna səbəb 28 May küçəsində su xəttində baş verən qəzadır. Nəticədə bir sıra küçə və prospektlərdə su təchizatı dayandırılıb.
Zaqatala Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsindən bildirilib ki, Heydər Əliyev, Nəriman Nərimanov, Tağıyev, Həzi Aslanov, Məhəmməd Əmin Rəsulzadə, 28 May, Sabir, Füzuli, Ülvi Sadıqov küçələri, həmçinin Azərbaycan prospekti, Nizami, A.Qardaşov, F.Əmirov, Vidadi və digər bəzi küçələrin bir hissəsində içməli suyun verilməsi müvəqqəti dayandırılıb.
Qurum tərəfindən hazırda təmir işləri aparılır.