top
Qaxda tarixi məscid dağılır - VİDEO
Video
30 yanvar 2026, 15:44
- ↺ +

Qaxda tarixi məscid dağılır - VİDEO

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Qax rayonunun Çinarlı kəndi təbiətin bütün səxavətini üzərinə çəkmiş nadir yaşayış məskənlərindən biridir. Ancaq bu gözəlliyin fonunda acı bir reallıq gizlənir – kəndin sosial və mədəni problemləri illərdir həllini tapmır.

Shimal.News məlumat verir ki, tarixi irsi ilə seçilən Çinarlı kəndində XVII əsrə aid məscid mövcuddur. İbadətgah hazırda baxımsız vəziyyətdədir və uçub-dağılmaq təhlükəsi ilə üz-üzə qalıb.

Kənd sakinlərinin sözlərinə görə, sonuncu dəfə sovet dövründə təmir olunan məscid bu gün acınacaqlı haldadır. Divarları çatlayıb, dam örtüyü yararsız vəziyyətə düşüb, bina isə tədricən xarabalığa çevrilir. Sakinlər bildirirlər ki, məsələ ilə bağlı aidiyyəti qurumlara dəfələrlə müraciət olunsa da, indiyədək hər hansı real addım atılmayıb.

Ötən il yerli televiziya kanalları mövzu ilə bağlı Mədəniyyət Nazirliyi ilə əlaqə saxlayaraq məsələni gündəmə gətiriblər. Nazirlikdən isə bildirilib ki, məscidin vəziyyəti ilə bağlı onlara nə kənd sakinlərindən, nə də digər qurumlardan rəsmi müraciət daxil olmayıb. Görünür, məsul qurumlar bununla məsələnin bağlandığını düşünürlər.

Təbiəti ilə cənnəti xatırladan Çinarlı kəndində tarixi irsin bu şəkildə sahibsiz qalması ciddi suallar doğurur. Görəsən, əsrlərin yadigarı olan bu məscid yalnız tamamilə xarabalığa çevrildikdən sonra xatırlanacaq? Kənd sakinləri ümid edirlər ki, səlahiyyətli qurumlar gec olmadan bu səsə səs verəcək və Çinarlının unudulan tarixinə sahib çıxacaqlar.

Son xəbərlər

Cəmiyyət
Bu gün, 00:05

Bu gün Müstəqilliyin Bərpası Günüdür

Cəmiyyət
Bu gün, 00:01

Vətən müharibəsinin 22-ci günü: XRONİKA

Hadisə
Dünən, 18:10

Qusarda çaqqalın yaraladığı qadın danışdı: "Günorta vaxtı hücum etdi"

Cəmiyyət
Dünən, 17:30

Qubada günlərdir palçıqlı su gəlir: "Bu suyu heyvanlar belə içməz"

Cəmiyyət
Dünən, 16:30

Qusarda bünövrəsi qoyulan körpünün tikintisi nə vaxt başa çatacaq?

Hadisə
Dünən, 15:30

Zaqatalada yük maşınının vurduğu 66 yaşlı qadın ölüb

Cəmiyyət
Dünən, 14:35

Xaçmazın mərkəzində yamaqlı, çala-çuxurlu yol

Cəmiyyət
Dünən, 13:38

Qubada məktəblilər arasında atıcılıq yarışı keçirilib

Hadisə
Dünən, 12:45

İsmayıllıda nasaz avtomobil sürücünün həyatına son qoydu

Cəmiyyət
Dünən, 11:46

Qusar məktəbi 3 vəzifə üzrə işçi axtarır

Cəmiyyət
Dünən, 10:50

Şimallı qəhrəman şəhidlərimizin doğum günüdür

Hadisə
Dünən, 10:04

Qubada 29 yaşlı kişinin meyiti tapıldı - iki ay əvvəl evlənmişdi

Cəmiyyət
Dünən, 09:06

Qəbələdə bu yolda asfalt yox, çuxur və gölməçə var

Cəmiyyət
Dünən, 00:05

Füzulinin işğaldan azad olunmasından 6 il ötür

Hadisə
Dünən, 00:03

Gəncənin 5-ci dəfə raket atəşinə tutulmasından 6 il ötür

Hadisə
Dünən, 00:01

Vətən müharibəsinin 21-ci günü: XRONİKA

Cəmiyyət
16 oktyabr 2026, 21:11

Qusarda selin dağıtdığı yolda bərpa işləri aparılır

Cəmiyyət
16 oktyabr 2026, 20:24

Anar Bayramov 5 rayonun sakinlərini qəbul edib

Hadisə
16 oktyabr 2026, 20:11

Ödənişli yolda yük maşını aşıb, bir nəfər ölüb

Cəmiyyət
16 oktyabr 2026, 18:00

Nazir: Hədəf kəndlərdə həyat səviyyəsinin yüksəldilməsidir"

Hadisə
16 oktyabr 2026, 17:27

Xaçmazın "məşhur" kəsişməsində növbəti qəza: avtomobil darvazaya çırpıldı

Cəmiyyət
16 oktyabr 2026, 17:00

Rəqəmsal inkişaf və nəqliyyat naziri Qəbələdə vətəndaşlarla görüşüb

Cəmiyyət
16 oktyabr 2026, 16:00

Babək Ramaldanovun anım günüdür

Hadisə
16 oktyabr 2026, 15:10

İsmayıllıda ağır qəza

Oxşar xəbərlər