top
Qubada qadın qazdan zəhərləndi: Azəriqaz işçisi cəzalandırıldı
06 dekabr 2025, 16:00
- ↺ +

Qubada qadın qazdan zəhərləndi: "Azəriqaz" işçisi cəzalandırıldı

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Quba rayonunun Zərdabi qəsəbə sakini olan qadın yaşadığı evin hamam otağında dəm qazından zəhərlənib.

Lent.az-ın məlumatına görə, qadın xoşbəxtlikdən xilas olunub. Belə ki, o, özünü pis hiss edən kimi hamamdan çıxıb və əri tərəfindən Quba rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Hadisə ilə bağlı aparılan araşdırma zamanı Qubanın Zərdabi və Barlı qəsəbələrində qaz təsərrüfatının nəzarətçisi vəzifəsini daşıyan 21 yaşlı Orxan Salamov (ad və soyad şərtidir) məsuliyyətə cəlb olunub.

İttiham aktına görə, onun vəzifəsi həmin qəsəbələrdəki evlərə ildə bir dəfə baxış keçirərək, qazla bağlı avadanlıqların düzgün quraşdırılmasına nəzarət etmək olub. O, aşkar etdiyi nöqsanlar barədə akt yazmalı, 1 ay sonra nöqsan aradan qaldırılmadığı təqdirdə abonentə qazın verilməsi dayandırılmalıdır. Lakin o, Zərdabi qəsəbəsində yerləşən evlərdən birinin hamam otağındakı su qızdırıcısına baxış keçirməyib və aktı özü dolduraraq, imzasını çəkib.

Bu əməlinə görə onun barəsində Cinayət Məcəlləsinin 313 (vəzifə saxtakarlığı) və 314.1-ci (səhlənkarlıq) maddələri ilə cinayət işi başlanıb.

Orxan Salamov ifadəsində zəhərlənmə olan evə baxış keçirmək istəsə də, qapının bağlı olduğunu deyib:

"Yoxlama üçün həmin evə yaxınlaşdıq, amma qapısı bağlı idi. Ev sahibinin nömrəsini qonşulardan öyrəndim. İşimiz çox idi deyə, digər işlərimizi görüb yenidən həmin evə qayıtdıq. Ev sahibi barəsində öyrəndiyim məlumatları mənə verilən müayinə kağızına yazıb imza yerinə də öz imzamı qeyd etdim. Daha sonra həmin evdə zəhərlənmə hadisəsi oldu və prokurorluqda saxta akt tərtib etdiyimi etiraf etdim".

Orxan yaşının az və əməlindən peşman olmasını nəzərə alaraq, məhkəmədən barəsində yüngül cəza verilməsini xahiş edib.

Zərərçəkən tərəf də təqsirləndirilən şəxsə qarşı şikayət və tələbinin olmadığını bildirib.

Quba rayon Məhkəməsinin qərarı ilə Orxan Salamov qazancının 10 faizi dövlət nəfinə tutulmaqla 1 il 9 ay müddətinə islah işləri cəzasına məhkum edilib.

Son xəbərlər

Cəmiyyət
Bu gün, 00:05

Bu gün Müstəqilliyin Bərpası Günüdür

Cəmiyyət
Bu gün, 00:01

Vətən müharibəsinin 22-ci günü: XRONİKA

Hadisə
Dünən, 18:10

Qusarda çaqqalın yaraladığı qadın danışdı: "Günorta vaxtı hücum etdi"

Cəmiyyət
Dünən, 17:30

Qubada günlərdir palçıqlı su gəlir: "Bu suyu heyvanlar belə içməz"

Cəmiyyət
Dünən, 16:30

Qusarda bünövrəsi qoyulan körpünün tikintisi nə vaxt başa çatacaq?

Hadisə
Dünən, 15:30

Zaqatalada yük maşınının vurduğu 66 yaşlı qadın ölüb

Cəmiyyət
Dünən, 14:35

Xaçmazın mərkəzində yamaqlı, çala-çuxurlu yol

Cəmiyyət
Dünən, 13:38

Qubada məktəblilər arasında atıcılıq yarışı keçirilib

Hadisə
Dünən, 12:45

İsmayıllıda nasaz avtomobil sürücünün həyatına son qoydu

Cəmiyyət
Dünən, 11:46

Qusar məktəbi 3 vəzifə üzrə işçi axtarır

Cəmiyyət
Dünən, 10:50

Şimallı qəhrəman şəhidlərimizin doğum günüdür

Hadisə
Dünən, 10:04

Qubada 29 yaşlı kişinin meyiti tapıldı - iki ay əvvəl evlənmişdi

Cəmiyyət
Dünən, 09:06

Qəbələdə bu yolda asfalt yox, çuxur və gölməçə var

Cəmiyyət
Dünən, 00:05

Füzulinin işğaldan azad olunmasından 6 il ötür

Hadisə
Dünən, 00:03

Gəncənin 5-ci dəfə raket atəşinə tutulmasından 6 il ötür

Hadisə
Dünən, 00:01

Vətən müharibəsinin 21-ci günü: XRONİKA

Cəmiyyət
16 oktyabr 2026, 21:11

Qusarda selin dağıtdığı yolda bərpa işləri aparılır

Cəmiyyət
16 oktyabr 2026, 20:24

Anar Bayramov 5 rayonun sakinlərini qəbul edib

Hadisə
16 oktyabr 2026, 20:11

Ödənişli yolda yük maşını aşıb, bir nəfər ölüb

Cəmiyyət
16 oktyabr 2026, 18:00

Nazir: Hədəf kəndlərdə həyat səviyyəsinin yüksəldilməsidir"

Hadisə
16 oktyabr 2026, 17:27

Xaçmazın "məşhur" kəsişməsində növbəti qəza: avtomobil darvazaya çırpıldı

Cəmiyyət
16 oktyabr 2026, 17:00

Rəqəmsal inkişaf və nəqliyyat naziri Qəbələdə vətəndaşlarla görüşüb

Cəmiyyət
16 oktyabr 2026, 16:00

Babək Ramaldanovun anım günüdür

Hadisə
16 oktyabr 2026, 15:10

İsmayıllıda ağır qəza

Oxşar xəbərlər