top
Zindanmuruq kəndinin “Yeddi qardaş” piri haqqında rəvayət
10 oktyabr 2023, 20:00
- +

Zindanmuruq kəndinin “Yeddi qardaş” piri haqqında rəvayət

Yeddi qardaş piri Qusar rayonunda, Zindanmuruq kəndində, Qusar çayının sağ sahilində yerləşir.

Bu kənd ilə bağlı bir rəvayət var. Qədim zamanlarda burada uşaqlıqdan ata-analarını itirmiş yeddi igid qardaş yaşayırdı. Qardaşlar bir qalada yaşayırmışlar. Düşmən hücumlarına qarşı çıxmaq üçün onlar qalanın içinə saxsı borularla su çəkmişdilər. Qaladan çölə çıxmaq üçün isə gizlin yol açmışdılar. Onlar növbə ilə qalanı mühafizə edirdilər. Qardaşların bir bacısı var idi. Kənd cavanlarından heç biri qızın ürəyinə yatmırdı. Bir gün bulağa gedən igidlərin bacısı bir qadınla rastlaşır. Qadın qızı evə gətirib, çay-çörək verir, mehribancasına yola salır. O vaxtdan qadın tez-tez onlara gəlib-gedir, qıza bir igid haqqında danışırdı. Bir dəfə qız bulaq başında qadının danışdığı oğlanı görür. Onlar fərqli dindən olduqlarına baxmayaraq, bir-birinə aşiq olurlar.

Növbəti dəfə qadın qıza bu oğlana ərə getməyi məsləhət görür. Lakin qız qardaşlarının buna razı olmayacağını deyir. Belə olduqda qarı ona sevgilisi ilə qaçmağı məsləhət görür. Qardaşlarının silah işlətməməsi üçün xəncərlərinin qınına əridilmiş qır doldurmağı təklif edir. Qız məsləhətə qulaq asır və səhər tezdən oğlana qoşulub qaçır. Dərin bir dərəyə çatanda, oğlan qıza deyir: “Öz doğma qardaşlarının qədrini bilməyən sabah məni də istəməz”. Qız qəbahətini anlayır, lakin artıq gec olur. Oğlan əlindəki xəncəri qızın ürəyinə sancır.

Bacılarının qaçdığını eşidən qardaşlar atlarına minib onların izinə düşürlər. Onlar bulaq başında qovaq ağacına ilişib qalmış örpəyi görürlər. Elə burada düşmənlər qardaşları mühasirəyə alırlar. Düşmənlə döyüşmək üçün əllərini silaha uzadan qardaşlar xəncərlərini qından çıxara bilmirlər. Kənddən kömək gəlib çatana kimi qardaşlar artıq qan içində idilər.

Qadınlar bu səhnəni görüb elə şivən qoparırlar ki, səsdən dağlar titrəyir. Elin yığışdığı həmin talanın adı bu günə qədər “Şuvan” (Şivən) qalıb. Qızın öldüyü dərəyə isə sakinlər “Qara dərə” adını veriblər. Qardaşları orada böyük qarağacın kölgəsində basdırılıblar. Həmin yeri “Yeddi qardaş piri” adlandırıblar.

İstinad edilən mənbələr:


  • Sədaqət Kərimova. Qusar, qusarlılar. Bakı-2011.

  • Nazim Tapdıqoğlu (Vəlişov). Qusar ensiklopediyası. Bakı-2018.

Son xəbərlər

Kommunal
Dünən, 18:01

Şabranda su xətti zədələnib - İsrafın qarşısı alınmır

Gündəm
Dünən, 17:40

Deputat: "Bu çaylarda sel təhlükəsi artır"

Gündəm
Dünən, 17:00

Şamaxının deputatı: "30-a yaxın kənddə su problemi var"

Gündəm
Dünən, 16:12

Bəzi ərazilərə qar yağır - FAKTİKİ HAVA

Gündəm
Dünən, 16:00

Kənan Həsənli: "2026-da dörd peşə təhsili müəssisəsi açılacaq"

Gündəm
Dünən, 15:20

Şahin Məlikov: "Şəki yaxın illərdə əsas turizm mərkəzi olacaq"

Gündəm
Dünən, 14:40

Küləkli hava şəraiti ilə bağlı xəbərdarlıq edilib

Gündəm
Dünən, 14:00

FHN-in sifarişi ilə 4 ev tikiləcək

Bu gün nə günüdür?
Dünən, 13:34

Qubalı Vətən müharibəsi şəhidinin ad günüdür

İdman
Dünən, 12:50

Qax məktəbliləri oxatma ilə tanış olublar

Xaçmaz
Dünən, 12:05

Xaçmazda zərərçəkmiş fermerə 200 min manat sığorta ödənildi

Bu gün nə günüdür?
Dünən, 11:13

Qubanın tanınmış fotoqrafı Nazim Səlimxanoğlu 70 yaşını qeyd edir

Xaçmaz
Dünən, 10:40

Xaçmazda dəm qazı faciəsi

Gündəm
Dünən, 09:53

Azərbaycanda İİV-lə yaşayanların sayı açıqlanıb

Gündəm
Dünən, 09:10

14 yaşlı qız dəm qazından zəhərləndi

Gündəm
01 dekabr 2025, 18:01

"Şahdağ Turizm Mərkəzi"ndə yoxlamalar aparılıb

Gündəm
01 dekabr 2025, 17:36

Sabah bəzi ərazilərə qar yağacaq

Gündəm
01 dekabr 2025, 16:41

Avtomobil aşdı, kənd qazsız qaldı

Gündəm
01 dekabr 2025, 16:00

Bu gündən Azərbaycanda ov qadağan olunur

Nəqliyyat və yollar
01 dekabr 2025, 15:20

Xızıda minik avtomobili yanıb

İdman
01 dekabr 2025, 14:15

Zaqatalada "Məktəbli Kuboku"na start verilib

Gündəm
01 dekabr 2025, 13:24

Bu il Şəkidə 1017 nəfəri it dişləyib - FOTO

Gündəm
01 dekabr 2025, 12:40

Şəkidə yanğın olub

İqtisadiyyat
01 dekabr 2025, 11:32

Əmək pensiyalarının təyin edilməsi qaydası dəyişib

Oxşar xəbərlər