top
Zaqatalalı Lev Amerikada kəşfiyyat aparıb
14 iyul 2025, 16:46
- +

Zaqatalalı Lev Amerikada kəşfiyyat aparıb

Sovet Baş Kəşfiyyat İdarəsinin əməkdaşı, “Moris” adı ilə tanınan sovet hərbi kəşfiyyatının zabiti, 1940-1946-cı illərdə Vaşinqtonda QRU rezidenturasının rəhbəri olan Lev Aleksandroviç Sergeyev barədə az adam məlumatlıdır.

Lev 1906-cı il noyabrın 14-də Azərbaycanın Zaqatala şəhərində hərbçi ailəsində anadan olub. O, 3 yaşında atasını itirib. Yoxsulluq ucbatından müntəzəm olaraq məktəbə gedə bilməyib və uşaqlıq illəri ağır keçib.

Lakin Lev Zaqatalada türk, avar, saxur, ləzgi və ruslarla ünsiyyət qurduğu üçün erkən yaşlarından yaxşı dil qabiliyyəti ilə seçilirdi. 1929-cu ildə Moskvaya köçərək bir illik hərbi komandirlər kursuna yazılır. Təhsilini başa vurduqdan sonra Bakıda və Tiflisdə xidmət edib. O, hərbi xidməti o qədər sevirdi ki, 1933-cü ildə həkim komandirindən tankçılığa qədər yenidən hazırlıq keçməyə qərar verdi və Oryol Zirehli Məktəbini bitirir.

1937-ci ildə şöbədə xidmətə namizədlər axtarmaq üçün Orelə gələn Kəşfiyyat İdarəsinin əməkdaşı ilə görüşüb. Gənc, israrlı zabit xoş təəssürat yaradıb və ona bir daha “ixtisasını dəyişmək” təklif edilib.

1940-cı ilin yazında Lev Aleksandroviç Vaşinqtona kəşfiyyat qrupuna göndərilir. Vaşinqtonda 3 kəşfiyyatçı da Sergeyevin sərəncamına verilmişdi. İlk işi “sürücü” olan zaqatalalı kəşfiyyatçıya kriptoqrafların yerləşdiyi xüsusi otağa buraxılması əmri verilib. Səfirliyə isə tapşırıq verilmiş idi ki, onu sürücü vəzifəsi ilə həddən artıq yükləməsinlər. Sarayev tez-tez rəsmi səfərlər edirdi, Moskvadan gələn qonaqları müşayiət edirdi.

Məhz “Moris” özünəməxsus mənbələrindən istifadə edərək Mərkəzə məlumat verdi: Hitler Şərq Cəbhəsində həlledici qələbələr əldə etməyincə Yaponiya SSRİ-yə qarşı hərəkət etməyəcək. Xüsusilə Moris 1943-cü ilin yayında Kvebekdə Ruzvelt və Çörçillin iştirakı ilə keçirilən konfransın nəticələri haqqında Moskvaya hesabat verib.

1944-cü ilin kəşfiyyat statistikası: “Moris” Mərkəzə 2420 qiymətli məxfi sənəd göndərib. Agentlərin şifahi məlumatları əsasında 305 təcili hesabat hazırlanıb. İşində yüksək göstəricilərə görə Sergeyevə vaxtından əvvəl mayor rütbəsi verilib.

İki Lenin ordeni, iki Qırmızı Bayraq ordeni, iki Qırmızı Ulduz ordeni, “Almaniya üzərində qələbəyə görə” medalı… Və Sergeyevin rezidenturasının işinə verilən daha bir qiymət ondan ibarətdir ki, onun agent-mənbələrindən heç biri Amerika əks-kəşfiyyatında şübhə doğurmayıb.

Levin yaxın dostu Viktor Boçkarev deyir ki, o, Azərbaycanı və Bakını çox sevirdi. Buna görə də ona ev veriləndə 2 otaq da olsa Bakinskaya küçəsində verilməsini xahiş eləmişdir.

Müharibədən sonra polkovnik Lev Aleksandroviç Sergeev GRU-nun mərkəzi ofisində işlədi. 1994-cü il dekabrın 4-də vəfat edib.

Son xəbərlər

Kommunal
Bu gün, 18:01

Şabranda su xətti zədələnib - İsrafın qarşısı alınmır

Gündəm
Bu gün, 17:40

Deputat: "Bu çaylarda sel təhlükəsi artır"

Gündəm
Bu gün, 17:00

Şamaxının deputatı: "30-a yaxın kənddə su problemi var"

Gündəm
Bu gün, 16:12

Bəzi ərazilərə qar yağır - FAKTİKİ HAVA

Gündəm
Bu gün, 16:00

Kənan Həsənli: "2026-da dörd peşə təhsili müəssisəsi açılacaq"

Gündəm
Bu gün, 15:20

Şahin Məlikov: "Şəki yaxın illərdə əsas turizm mərkəzi olacaq"

Gündəm
Bu gün, 14:40

Küləkli hava şəraiti ilə bağlı xəbərdarlıq edilib

Gündəm
Bu gün, 14:00

FHN-in sifarişi ilə 4 ev tikiləcək

Bu gün nə günüdür?
Bu gün, 13:34

Qubalı Vətən müharibəsi şəhidinin ad günüdür

İdman
Bu gün, 12:50

Qax məktəbliləri oxatma ilə tanış olublar

Xaçmaz
Bu gün, 12:05

Xaçmazda zərərçəkmiş fermerə 200 min manat sığorta ödənildi

Bu gün nə günüdür?
Bu gün, 11:13

Qubanın tanınmış fotoqrafı Nazim Səlimxanoğlu 70 yaşını qeyd edir

Xaçmaz
Bu gün, 10:40

Xaçmazda dəm qazı faciəsi

Gündəm
Bu gün, 09:53

Azərbaycanda İİV-lə yaşayanların sayı açıqlanıb

Gündəm
Bu gün, 09:10

14 yaşlı qız dəm qazından zəhərləndi

Gündəm
Dünən, 18:01

"Şahdağ Turizm Mərkəzi"ndə yoxlamalar aparılıb

Gündəm
Dünən, 17:36

Sabah bəzi ərazilərə qar yağacaq

Gündəm
Dünən, 16:41

Avtomobil aşdı, kənd qazsız qaldı

Gündəm
Dünən, 16:00

Bu gündən Azərbaycanda ov qadağan olunur

Nəqliyyat və yollar
Dünən, 15:20

Xızıda minik avtomobili yanıb

İdman
Dünən, 14:15

Zaqatalada "Məktəbli Kuboku"na start verilib

Gündəm
Dünən, 13:24

Bu il Şəkidə 1017 nəfəri it dişləyib - FOTO

Gündəm
Dünən, 12:40

Şəkidə yanğın olub

İqtisadiyyat
Dünən, 11:32

Əmək pensiyalarının təyin edilməsi qaydası dəyişib

Oxşar xəbərlər