Basqal hamamı XVI-XVII әsrlərdə İsmayıllı rayonunun Basqal qəsəbəsindəki Kәlәküçә mәhәllәsindә inşa edilib. Ehtimal olunur ki, onu sәnәtkar olan imkanlı tacir xeyriyyә mәqsәdilә tikib.
Hamam şәrq memarlıq üslubunda tikilib. Tikili düzbucaqlı formadadır, iki salondan vә yardımçı otaqlardan ibarәtdir.
Ehtimal edilir ki, yaxın keçmişә qәdәr hamamın birinci soyunma-geyinmә otağının ortasında dairәvi soyuq su hovuzu fәvvarә vurub, çimmә salonunun ortasında isә isti su hovuzu olub. Daşdan inşa olunmuş soyunub-geyinmә sәkilәrinә hәsir salınardı. Suyu isitmәk üçün odun ilә qızdırılan xüsusi yer olmuşdur. Keçmişdә xәzinәyә su dağdan çәkilmiş saxsı borularla gәtirilәrdi. Hamamın kanalizasiya sistemi var idi.
Hamamın xidmәtindәn cüt günlәr qadınlar, tәk günlәr kişilәr istifadә edәrdi.
Hamam 1998-ci ilə kimi fəaliyyət göstərib. Burada 2021-ci ildə bərpa işləri aparılmışdır.
Hazırda hamam muzey kimi fəaliyyət göstərir.
İstinad edilən mənbələr: