top
XVI əsrə aid Qubanın Ağbil piri
23 may 2023, 20:00
- +

XVI əsrə aid Qubanın Ağbil piri

Pir Qubanın Ağbil kəndində, köhnə qəbiristanlıqda yerləşir. Abidə XVI əsrə aidir və Şirvanşahlar dövrünə aid edilir. Burada vaxtilə üç türbə olmuşdur. Lakin onlardan biri sovet dövründə dağıdılıb. Hazırda ancaq ikisi mövcuddur.

Türbənin bir neçə xüsusiyyətləri var. Onlardan biri türbənin xaricdən səkkizbucaqlı, içəri tərəfdən isə dördbucaqlı olmasıdır. Digər cəhəti isə o zaman Şirvan abidələrində, ümumiyyətlə, kərpic işlənməməsinə baxmayaraq, burada binanın əsas hissəsinin kərpicdən inşa olunmasıdır.

Sökülən türbə haqqında Paşa Yaqubun “Övliyalar ensiklopediyası” kitabında belə bir hekayə var: “... otuzuncu illərdə əsgərləri gətirib, günbəzin birini sökdürürlər və kərpiclərini başqa bir binanın tikintisi üçün maşına yükləyirlər. Lakin nə qədər cəhd etsələr də, maşın yerindən tərpənmir. Sonda əlacsız qalıb, kərpici yerə boşaldırlar. Əsgərlərə əmr verən şəxs isə həmin yerdə infarkt keçirir…”.

Birinci məqbərə düzbucaqlı formadadır və kitabəsizdir. Digəri isə “Şeyx Məzyad” türbəsidir. Onun üzərindəki kitabədə türbənin 1530-cu illərdə Şirvanşah II Xəlilullah (1524-1535) zamanında Şeyx Məzyad adlı şəxsin şərəfinə tikildiyi göstərilib.

Dağılmış üçüncü türbə haqqında Rusiya Peterburq Akademiyasının akademiki B.Dorn məlumat vermişdir. Türbənin kitabəsində hicri-qəməri təqvimi ilə 940-cı (1533) ildə tikildiyi qeyd edilmişdir. O, həmçinin türbənin üzərindəki kitabənin surətini köçürmüşdür. Orada bu sözlər həkk olunmuşdur: “… Bu bina sultan oğlu sultan, Sultan Xəlilullah - Allah onun dövlət və səadətini əbədiləşdirsin - zamanında, Allahın rəhmətinə getmiş, günahları bağışlanmış, xoşbəxt şəhid Şah Murad b. Şeyx Məzyad b. Xacə b. Şeyx Bayazid - Allah onu və bütün möminləri bağışlasın - üçün doqquz yüz qırxıncı (1533-1534) ildə tikilmişdir”.

B.Dorn başqa bir kitabə haqqında da məlumat verib. Kitabədə “1446 (1447)-cı il” və “usta Tacəddin” adı qeyd olunmuşdur. Bu kitabədə, həmçinin Şirvanşah II Xəlilullah vaxtında yaşayıb fəaliyyət göstərmiş Şeyx Məzyadın, Şeyx Bayəzidin, sufi Rəfiəddinin və şəhid Şah Muradın adları çəkilir.

İstinad edilən mənbələr:


  • Azərbaycan Sovet Ensiklopediyası. I cild. Bakı-1978.

  • Azərbaycan Milli Ensiklopediyası. Bakı-2007.

  • Məşədixanım Nemət. Azərbaycanda pirlər. Bakı-2010.

  • М.А. Казиев. Азербайджан. Исторические и дополнительные места. Баку-1960.

  • А. В. Саламзаде. Архитектура Азербайджана. XVI-XIX вв. Баку-1964.

  • Fariz Xəlilli. Tarixi yerlər və abidələr. 1-ci Beynəlxalq Quba simpoziumu. Bakı-2020.

  • Paşa Yaqub. Övliyalar ensiklopediyası. Bakı-2020.

  • Şahin Fazil. Quba tarixi. Bakı-2016.

  • Quba və qubalılar. Bakı-2012.

  • http://www.anl.az/down/meqale/baki_xeber/2016/iyul/501481.htm


 

Son xəbərlər

Kommunal
Dünən, 18:01

Şabranda su xətti zədələnib - İsrafın qarşısı alınmır

Gündəm
Dünən, 17:40

Deputat: "Bu çaylarda sel təhlükəsi artır"

Gündəm
Dünən, 17:00

Şamaxının deputatı: "30-a yaxın kənddə su problemi var"

Gündəm
Dünən, 16:12

Bəzi ərazilərə qar yağır - FAKTİKİ HAVA

Gündəm
Dünən, 16:00

Kənan Həsənli: "2026-da dörd peşə təhsili müəssisəsi açılacaq"

Gündəm
Dünən, 15:20

Şahin Məlikov: "Şəki yaxın illərdə əsas turizm mərkəzi olacaq"

Gündəm
Dünən, 14:40

Küləkli hava şəraiti ilə bağlı xəbərdarlıq edilib

Gündəm
Dünən, 14:00

FHN-in sifarişi ilə 4 ev tikiləcək

Bu gün nə günüdür?
Dünən, 13:34

Qubalı Vətən müharibəsi şəhidinin ad günüdür

İdman
Dünən, 12:50

Qax məktəbliləri oxatma ilə tanış olublar

Xaçmaz
Dünən, 12:05

Xaçmazda zərərçəkmiş fermerə 200 min manat sığorta ödənildi

Bu gün nə günüdür?
Dünən, 11:13

Qubanın tanınmış fotoqrafı Nazim Səlimxanoğlu 70 yaşını qeyd edir

Xaçmaz
Dünən, 10:40

Xaçmazda dəm qazı faciəsi

Gündəm
Dünən, 09:53

Azərbaycanda İİV-lə yaşayanların sayı açıqlanıb

Gündəm
Dünən, 09:10

14 yaşlı qız dəm qazından zəhərləndi

Gündəm
01 dekabr 2025, 18:01

"Şahdağ Turizm Mərkəzi"ndə yoxlamalar aparılıb

Gündəm
01 dekabr 2025, 17:36

Sabah bəzi ərazilərə qar yağacaq

Gündəm
01 dekabr 2025, 16:41

Avtomobil aşdı, kənd qazsız qaldı

Gündəm
01 dekabr 2025, 16:00

Bu gündən Azərbaycanda ov qadağan olunur

Nəqliyyat və yollar
01 dekabr 2025, 15:20

Xızıda minik avtomobili yanıb

İdman
01 dekabr 2025, 14:15

Zaqatalada "Məktəbli Kuboku"na start verilib

Gündəm
01 dekabr 2025, 13:24

Bu il Şəkidə 1017 nəfəri it dişləyib - FOTO

Gündəm
01 dekabr 2025, 12:40

Şəkidə yanğın olub

İqtisadiyyat
01 dekabr 2025, 11:32

Əmək pensiyalarının təyin edilməsi qaydası dəyişib

Oxşar xəbərlər