top
XIX-XX əsrlərdə sorağı Moskvaya çatan Qusar koloniyası
21 fevral 2023, 19:30
- +

XIX-XX əsrlərdə sorağı Moskvaya çatan Qusar koloniyası

İmperator III Aleksandr adına Bakı kişi gimnaziyasının Qusar kənd təsərrüfatı koloniyası Qusar şəhərində, indiki Qusar Peşə Liseyinin ərazisində, Qazı Məmməd küçəsi, 116-da yerləşib. Bu koloniya 1898-ci ildə yaradılıb.

Koloniyanın yaranma məqsədi gimnaziya tələbələrinin burada yay aylarında kənd təsərrüfatı ilə bağlı təcrübələrini keçməsi idi. Qusar koloniyasında Şamaxının “Müqəddəs Nina” məktəbinin şagirdləri də qalıblar. Koloniyada tələbələr səmərəli istirahət, oyunlar, açıq havada idman, sağlam qida ilə təmin olunurdular.

Burada tələbələri, həmçinin ekskursiyaya aparırdılar. Bununla bağlı 1902-ci ilin “Kaspi” qəzetində belə bir qeyd var idi: “...Koloniyanın tələbələri Qusardan Şahdağa piyada ekskursiya etdilər. İyulun 6-da əksəriyyəti 5,6,7-ci siniflərdən və 40 tələbədən ibarət qrup idi…”.

Koloniya Qusarda yeni bağların salınmasına təsir göstərmişdir. Burada xarici ölkələrdən gətirilmiş alma, armud və başqa yeni meyvə sortları yetişdirilirdi. İndiki Quba-Qusar bağlarının bir çox alma və armud sortları ilk dəfə Qusar bağlarında əkilmişdir. Onlar buradan bütün Azərbaycana və Dağıstana yayılmışdır. Bu koloniya, həmçinin Rusiyanın Moskva şəhərində məşhur olmuşdur.

1901-ci ildə burada təkcə almanın 16 yerli sortu yetiş­dirilmişdir. Bundan başqa, koloniyada 12 armud, 11 gilas, 17 gavalı sortu əkilmişdir.

Koloniyanın istixanalarında qışda müxtəlif tərəvəz məhsulları becərilirdi və 300 növ çiçək əkilirdi. Bundan başqa, ko­loniyada 1000-dən artıq ördək, qaz və toyuq saxlanılırdı.

Rayonun kənd təsərrüfatı sahəsində nailiyyətlər bu koloniyanın yaranması səbəbindən olmuşdur. Həmçinin o zaman burada ərzaq bolluğu olduğuna görə, Qusar bazarı Qafqazın ən ucus bazarı hesab olunurdu.

Burada 1900-cü ildə tələbələrin sayı 128 nəfər, 1901-ci ildə isə 131 nəfər təşkil edib.

İmperator III Aleksandr adına Bakı kişi gimnaziyasının Qusar kənd təsərrüfatı koloniyası 1903-cü ildə fəaliyyətini dayandırmışdır.

İstinad edilən mənbələr:


  • Sədaqət Kərimova. “Qusar, qusarlılar”. Bakı- 2011.

  • Ежегодник. Сельско-хозяйственной колонии при Бакинской Императора Александра  III мужской гимназии. Отчет за 1900 и 1901 годы. Москва-1902.

  • https://e-qanun.az/framework/24795

  • https://vet.edu.gov.az/az/centers/62

Son xəbərlər

Kommunal
Dünən, 18:01

Şabranda su xətti zədələnib - İsrafın qarşısı alınmır

Gündəm
Dünən, 17:40

Deputat: "Bu çaylarda sel təhlükəsi artır"

Gündəm
Dünən, 17:00

Şamaxının deputatı: "30-a yaxın kənddə su problemi var"

Gündəm
Dünən, 16:12

Bəzi ərazilərə qar yağır - FAKTİKİ HAVA

Gündəm
Dünən, 16:00

Kənan Həsənli: "2026-da dörd peşə təhsili müəssisəsi açılacaq"

Gündəm
Dünən, 15:20

Şahin Məlikov: "Şəki yaxın illərdə əsas turizm mərkəzi olacaq"

Gündəm
Dünən, 14:40

Küləkli hava şəraiti ilə bağlı xəbərdarlıq edilib

Gündəm
Dünən, 14:00

FHN-in sifarişi ilə 4 ev tikiləcək

Bu gün nə günüdür?
Dünən, 13:34

Qubalı Vətən müharibəsi şəhidinin ad günüdür

İdman
Dünən, 12:50

Qax məktəbliləri oxatma ilə tanış olublar

Xaçmaz
Dünən, 12:05

Xaçmazda zərərçəkmiş fermerə 200 min manat sığorta ödənildi

Bu gün nə günüdür?
Dünən, 11:13

Qubanın tanınmış fotoqrafı Nazim Səlimxanoğlu 70 yaşını qeyd edir

Xaçmaz
Dünən, 10:40

Xaçmazda dəm qazı faciəsi

Gündəm
Dünən, 09:53

Azərbaycanda İİV-lə yaşayanların sayı açıqlanıb

Gündəm
Dünən, 09:10

14 yaşlı qız dəm qazından zəhərləndi

Gündəm
01 dekabr 2025, 18:01

"Şahdağ Turizm Mərkəzi"ndə yoxlamalar aparılıb

Gündəm
01 dekabr 2025, 17:36

Sabah bəzi ərazilərə qar yağacaq

Gündəm
01 dekabr 2025, 16:41

Avtomobil aşdı, kənd qazsız qaldı

Gündəm
01 dekabr 2025, 16:00

Bu gündən Azərbaycanda ov qadağan olunur

Nəqliyyat və yollar
01 dekabr 2025, 15:20

Xızıda minik avtomobili yanıb

İdman
01 dekabr 2025, 14:15

Zaqatalada "Məktəbli Kuboku"na start verilib

Gündəm
01 dekabr 2025, 13:24

Bu il Şəkidə 1017 nəfəri it dişləyib - FOTO

Gündəm
01 dekabr 2025, 12:40

Şəkidə yanğın olub

İqtisadiyyat
01 dekabr 2025, 11:32

Əmək pensiyalarının təyin edilməsi qaydası dəyişib

Oxşar xəbərlər