İsrafil Baba türbə-məscidi Quba rayonunun Xınalıq kəndinin Çuxur məhəlləsində yerləşir. Abidə XVIII əsrə aid edilir və “Şıx İsrafil Baba” türbə-məscidi kimi də tanınır.
Türbə İsrafil Baba adlı şəxs ilə əlaqəlidir. O, ərəb dilini bilmiş, İslam dini ruhanisi olmuşdur. İsrafil Baba öz evində mədrəsə açaraq, dini dərslər keçmişdir. O, həmçinin Şərq təbabətini bilir, Xınalıq ərazisində bitən bitkilərdən dərmanlar düzəldirmiş. Beləliklə, İsrafil Baba insanlarda olan zahiri yaraları və dəri xəstəliklərini müalicə etmişdir.
İsrafil Baba vəfat etdikdən sonra onun qəbrinin üstündə türbə tikilmişdir. Onun qəbri oval formadadır. Sonralar türbəyə bitişik məscid inşa edilmişdir. Bu yeri İsrafil Baba türbə-məscidi adlandırmışlar. Türbənin ətrafında kiçik qəbiristanlıq da mövcuddur.
Ehtimal edilir ki, zahiri yaralardan və dəri xəstəliklərindən əziyyət çəkənlər, onun qəbrindən torpaq götürərək, yaralarına sürtüb, şəfa tapıblar.
İstinad edilən mənbələr: