top
Xaçmazlı kazak: “Muzeydəki əşyaların əksəri mənim nəslimə məxsusdur” – ÖZƏL MÜSAHİBƏ
15 noyabr 2024, 19:00
- +

Xaçmazlı kazak: “Muzeydəki əşyaların əksəri mənim nəslimə məxsusdur” – ÖZƏL MÜSAHİBƏ

Muzeylər müxtəlif tarixi, mədəni, elmi və sənət əsərlərinin toplanaraq qorunduğu məkandır. Muzeylər cəmiyyətin kollektiv yaddaşını qorumaq və gələcək nəsillərə ötürmək məqsədini güdür. Özündə hər bir mədəniyyətin özünəməxsus xüsusiyyətlərini və tarixi irsini qoruyub saxlayır. Xalqın mədəni irsini qorumaq və gələcək nəsillərə çatdırmaq baxımından çox əhəmiyyətlidir.

Muzeylər, sadəcə “köhnə əşyaların” saxlandığı yerlər deyil, həm də insanların mədəni və tarixi irslərini yaşatmağını və paylaşmasını təmin edən vacib mərkəzləri olmaqla yanaşı, insanın gələcək nəsillərə daha zəngin və dərin mədəniyyət mirası buraxmasına kömək edir.

Onlardan biri Xaçmazda yerləşən Don Kazakları muzeyidir. Muzeyin təsisçisi etnik kazak Kasikov Sergey Oleqoviçdir.

Shimal.News-un əməkdaşı onunla həmsöhbət olub.

Müsahibəni təqdim edirik:

- Sergey bəy, öncə özünüz barədə məlumat verərdiniz.

- Mən 1976-cı ildə Bakı şəhərində anadan olmuşam. Əslən etnik kazakam. Hazırda Xaçmazın Yalama kəndində yaşayıram. 1999-cu ildən buradayam. Kazaklar doğulduğu torpağa və dininə and içirlər. Azərbaycan mənim doğma diyarımdır.

Mən kazak mədəniyyətini qoruyub-saxlayıram. Şimali Azərbaycanın Kazaklar Cəmiyyətinin sədriyəm. Kazaklar üç əsr əvvəl Azərbaycana gəliblər. Azərbaycan kazakları çox yaxşı qarşılayıb. Kazaklar zəhmətkeş və ən əsası da dindardırlar. Allahdan qorxurlar. Məşğuliyyət olaraq isə heyvandarlıqla məşğuluq.

- Don kazaklarının nə kimi maraqlı adət-ənənələri var?

- Kazaklar yeddi nəslini tanımalıdır. Bu şərtdir. Hər kəs öz nəsil ağacını bilməlidir. Mən yeddi nəsil qohum-əqrəbamı tanıyıram.

- Sizin Don Kazakları ev muzeyiniz haqqında məlumat əldə etmək istərdik. Nə zaman bu muzeyi yaratmaq qərarına gəldiniz?

- 2007-ci ildə qızım dünyaya gəldi. Buna çox sevindik. Adını da Ulya qoyduq. Bu ad kazaklarda çox məşhurdur. Elə həmin ərəfədə muzey yaratmaq qərarına gəldim. Yeni nəslin də kazaklar barədə məlumatlı olmasını istədiyim üçün bu işə qol qoydum. Xüsusən də mədəniyyətimizi təbliğ etməyə çalışdım. Çünki mədəniyyət çox önəmli rol oynayır.

- Muzeydə hansı kolleksiyalar var? Muzeydə ən çox maraqla qarşılanan eksponatlar hansılardır?

- Muzeydə 100-dən çox eksponat var. Ən qədim eksponat 1000 ildən çox yaşı olan bıçaqlardır. 150 yaşı olan at yəhəri də çox sevilir. 1 əsrə yaxın yaşı olan əşyalar, kitablar var. Hər biri maraqla qarşılanır.

Muzeydə nümayiş olunan eskopanatların 95 faizi bizim ailəyə məxsus əşyalardır. Qədim pencəklər, papaqlar, ayaqqabılar var. Birinci dünya müharibəsində iştirak edən ulu babamın papağı eksponat kimi saxlanılır. Əşyaların əksəriyyəti geyimdir. Hər biri yundan hazırlanıb. Bununla yanaşı xaç və gildən hazırlanan unikal əşyalar da tapmaq mümkündür.

- Ziyarət edənlər varmı?

- Muzeyi ziyarət edənlər çoxdur. Xüsusən də Rusiya, Ukrayna və Belarusdan gələnlər daha çoxdur. Əsasən kazaklar yaşayan yerlərdən muzeylə maraqlanırlar. Onlara kazakların tarixi haqqında məlumat verirəm. Azərbaycanda yaşayıb, dinimizi və mədəniyyətimizi qoruyub-saxlamağımız təəccüblü gəlir. İzah edirik ki, Azərbaycan güclü dövlətdir. Hər bir dövlətin dininə və mədəniyyətinə hörmətlə yanaşır.

- Muzeyin ziyarətçilərindən gələn ən çox müsbət rəy nə ilə bağlıdır?

- Muzeyi bəyənirlər və normal qarşılayırlar. Kazak atalar sözlərini izah edirik. Bunu çox bəyənirlər. Əşyalar haqqında geniş məlumat verib, tarixindən bəhs edirik.

- Beynəlxalq sərgilər və əməkdaşlıq imkanlarına dair gələcək planlarınız varmı?

- Ukrayna, Belarus, Rusiya, Avstriya, İspaniya, Çexiya, İrlandiya və Belqrad kazakları ilə yaxşı əlaqələrimiz var. İmkanlarımız genişdir.

- Sizə bu muzeyi yaratmaqda dəstək göstərilibmi?

- Öz şəxsi təşəbbüsümdür. Heç bir dəstək yoxdur. Əşyaları saxlamaq üçün dərmanlar lazımdır. Əksəriyyəti yundan hazırlanan əl işləridir. Öz hesabıma xərc çəkirəm. Etməliyəm, borcumdur. Bu, bizim tariximizdir.

- Xaçmazda festivallarda eksponatlarınız sərgilənib?

- Mədəniyyət şöbələrindən tez-tez zəng edib festivallara çağırırlar. Bəzi eksponatları sərgilərə aparıb nümayiş etdiririk.

- Sonda nə demək istərdiniz?

- Kazaklar gəlmə millətdir. Heç vaxt öz torpağı olmayıb. Azərbaycan bizi canla-başla qarşıladı. Minnətdarlıq hissi duyuruq. Bizdə burada yaşayıb, işləyirik. Dilimizi, dinimizi də unutmadıq. Hamımız Azərbaycan dilini də mükəmməl şəkildə bilirik.

Nəzrin Vahid

Son xəbərlər

Kommunal
Bu gün, 18:01

Şabranda su xətti zədələnib - İsrafın qarşısı alınmır

Gündəm
Bu gün, 17:40

Deputat: "Bu çaylarda sel təhlükəsi artır"

Gündəm
Bu gün, 17:00

Şamaxının deputatı: "30-a yaxın kənddə su problemi var"

Gündəm
Bu gün, 16:12

Bəzi ərazilərə qar yağır - FAKTİKİ HAVA

Gündəm
Bu gün, 16:00

Kənan Həsənli: "2026-da dörd peşə təhsili müəssisəsi açılacaq"

Gündəm
Bu gün, 15:20

Şahin Məlikov: "Şəki yaxın illərdə əsas turizm mərkəzi olacaq"

Gündəm
Bu gün, 14:40

Küləkli hava şəraiti ilə bağlı xəbərdarlıq edilib

Gündəm
Bu gün, 14:00

FHN-in sifarişi ilə 4 ev tikiləcək

Bu gün nə günüdür?
Bu gün, 13:34

Qubalı Vətən müharibəsi şəhidinin ad günüdür

İdman
Bu gün, 12:50

Qax məktəbliləri oxatma ilə tanış olublar

Xaçmaz
Bu gün, 12:05

Xaçmazda zərərçəkmiş fermerə 200 min manat sığorta ödənildi

Bu gün nə günüdür?
Bu gün, 11:13

Qubanın tanınmış fotoqrafı Nazim Səlimxanoğlu 70 yaşını qeyd edir

Xaçmaz
Bu gün, 10:40

Xaçmazda dəm qazı faciəsi

Gündəm
Bu gün, 09:53

Azərbaycanda İİV-lə yaşayanların sayı açıqlanıb

Gündəm
Bu gün, 09:10

14 yaşlı qız dəm qazından zəhərləndi

Gündəm
Dünən, 18:01

"Şahdağ Turizm Mərkəzi"ndə yoxlamalar aparılıb

Gündəm
Dünən, 17:36

Sabah bəzi ərazilərə qar yağacaq

Gündəm
Dünən, 16:41

Avtomobil aşdı, kənd qazsız qaldı

Gündəm
Dünən, 16:00

Bu gündən Azərbaycanda ov qadağan olunur

Nəqliyyat və yollar
Dünən, 15:20

Xızıda minik avtomobili yanıb

İdman
Dünən, 14:15

Zaqatalada "Məktəbli Kuboku"na start verilib

Gündəm
Dünən, 13:24

Bu il Şəkidə 1017 nəfəri it dişləyib - FOTO

Gündəm
Dünən, 12:40

Şəkidə yanğın olub

İqtisadiyyat
Dünən, 11:32

Əmək pensiyalarının təyin edilməsi qaydası dəyişib

Oxşar xəbərlər