top
Xaçmazın Sərkərli kəndinin tarixindən
05 mart 2023, 14:30
- +

Xaçmazın Sərkərli kəndinin tarixindən

Sərkərli kəndi Xaçmaz rayonunun Samur-Dəvəçi ovalığında yerləşir.

Kəndin yaranma tarixi bəlli deyil. Lakin məlumdur ki, XIX əsrin ortalarında çar Rusiyası hakimiyyətini möhkəmləndirmək və sosial dayaq yaratmaq məqsədi ilə bu yaşayış məntəqəsinə Ukraynanın Borispol əyalətindən əhali köçürülmüşdür. Onlar burada məskunlaşandan sonra kəndin adı “Borispol”a dəyişdirilmişdir. Kəndin əvvəlki adı yalnız 1992-ci ildə qaytarılmışdır.

Filologiya elmləri üzrə fəlsəfə doktoru Qələmşah İdrisov “Xaçmaz toponimləri” kitabında kəndin adını “sərkər” (sərkar) oykonimi ilə bağlayır. Bu isə maldarlıqla məşğul olmuş qədim sərkər elatının adı ilə əlaqəlidir. Sərkarlar keçmişdə, əsasən, Şirvan xanlığında yaşayan xançobanlıların bir qoludur. Şirvan xanları da bu tayfadandır. Daha sonra onlar bir sıra ərazilərə köçmüşdülər.

Kənddə Sərkərtəpə adlı qədim yaşayış yeri mövcuddur. Burada tunc dövrünə aid daş alətlər, məişət əşyaları, yaşayış tikililəri aşkar edilib.

Bir vaxtlar Bakıda olmuş ABŞ professoru Flip Kol Sərkərtəpə ilə tanış olmaq üçün Xaçmazda olmuşdur.

XX əsrin əvvəllərində burada mədrəsə və kilsələr fəaliyyət göstərmişdir.

1915-ci ilin “Qafqaz təqvimi”ndə əhalinin siyahıyaalınmasına görə, kəndin əhalisi 161 nəfər təşkil edib. 2009-cu ilin rəsmi məlumatına əsasən, kənddə 550 nəfər yaşayıb.

[caption id="attachment_37670" align="alignnone" width="640"]Xaçmazın Sərkərli kəndinin tarixindən Photo Shimal.News[/caption]

[caption id="attachment_37671" align="alignnone" width="640"]Xaçmazın Sərkərli kəndinin tarixindən Photo Shimal.News[/caption]

İstinad edilən mənbələr:


  • Azərbaycan Respublikası əhalisinin siyahıyaalınması 2009-cu il. Bakı-2010.

  • Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. Bakı-2007

  •     Кавказский календарь на 1915 год. Тифлис-1914.

  •     Qələmşah İdrisov. Xaçmaz toponimləri. Bakı-2011.

Son xəbərlər

Kommunal
Dünən, 18:01

Şabranda su xətti zədələnib - İsrafın qarşısı alınmır

Gündəm
Dünən, 17:40

Deputat: "Bu çaylarda sel təhlükəsi artır"

Gündəm
Dünən, 17:00

Şamaxının deputatı: "30-a yaxın kənddə su problemi var"

Gündəm
Dünən, 16:12

Bəzi ərazilərə qar yağır - FAKTİKİ HAVA

Gündəm
Dünən, 16:00

Kənan Həsənli: "2026-da dörd peşə təhsili müəssisəsi açılacaq"

Gündəm
Dünən, 15:20

Şahin Məlikov: "Şəki yaxın illərdə əsas turizm mərkəzi olacaq"

Gündəm
Dünən, 14:40

Küləkli hava şəraiti ilə bağlı xəbərdarlıq edilib

Gündəm
Dünən, 14:00

FHN-in sifarişi ilə 4 ev tikiləcək

Bu gün nə günüdür?
Dünən, 13:34

Qubalı Vətən müharibəsi şəhidinin ad günüdür

İdman
Dünən, 12:50

Qax məktəbliləri oxatma ilə tanış olublar

Xaçmaz
Dünən, 12:05

Xaçmazda zərərçəkmiş fermerə 200 min manat sığorta ödənildi

Bu gün nə günüdür?
Dünən, 11:13

Qubanın tanınmış fotoqrafı Nazim Səlimxanoğlu 70 yaşını qeyd edir

Xaçmaz
Dünən, 10:40

Xaçmazda dəm qazı faciəsi

Gündəm
Dünən, 09:53

Azərbaycanda İİV-lə yaşayanların sayı açıqlanıb

Gündəm
Dünən, 09:10

14 yaşlı qız dəm qazından zəhərləndi

Gündəm
01 dekabr 2025, 18:01

"Şahdağ Turizm Mərkəzi"ndə yoxlamalar aparılıb

Gündəm
01 dekabr 2025, 17:36

Sabah bəzi ərazilərə qar yağacaq

Gündəm
01 dekabr 2025, 16:41

Avtomobil aşdı, kənd qazsız qaldı

Gündəm
01 dekabr 2025, 16:00

Bu gündən Azərbaycanda ov qadağan olunur

Nəqliyyat və yollar
01 dekabr 2025, 15:20

Xızıda minik avtomobili yanıb

İdman
01 dekabr 2025, 14:15

Zaqatalada "Məktəbli Kuboku"na start verilib

Gündəm
01 dekabr 2025, 13:24

Bu il Şəkidə 1017 nəfəri it dişləyib - FOTO

Gündəm
01 dekabr 2025, 12:40

Şəkidə yanğın olub

İqtisadiyyat
01 dekabr 2025, 11:32

Əmək pensiyalarının təyin edilməsi qaydası dəyişib

Oxşar xəbərlər