top
Xaçmazın Həsənqala kəndi
01 dekabr 2024, 11:00
- +

Xaçmazın Həsənqala kəndi

Həsənqala kəndi Xaçmaz rayonundan 17-km şimalda, Samur-Dəvəçi ovalığında yerləşir və üç tərəfdən meşə ilə əhatə olunur.

Kəndin adı Qusar rayonunun ərazisindəki eyniadlı qədim qalanın adından yaranmışdır.

Xaçmazın Həsənqala kəndini Qusarın Həsənqala kəndindən gəlmiş sakinlər salmışlar. Qədimdən əhali bu iki kəndi yaylaq və qışlaq kimi istifadə edirdi. Məhz buna görə Qusardakına “Yuxarı Həsənqala”, Xaçmazdakına isə “Aşağı Həsənqala” deyirdilər. Yayı Yuxarı Həsənqalada, qışı isə Aşağı Həsənqalada keçirirdilər.

Həmçinin 1920-1930-cu illərdən bu kəndə Qubadan, Şabrandan ailələr köçməyə başlayıb. Bunun səbəbi isə kəndin şəraitinin əlverişli olmasıdır.

Ehtimal olunur ki, Türkiyənin Ərzurum vilayətinin “Hasankale” adlı ərazisi ilə bu kəndin əlaqəsi var. Deyilənlərə görə, qədimdən türk tayfalarının bir hissəsi “Hasankale” ərazisindən bu kəndə köç etmişdir. Və ya əksinə, əhali bu kənddən Ərzuruma köçmüşdür və beləliklə, ərazi “Hasankale” adlandırılmışdır.

Kənddə iki kurqan var: Təpə pir kurqanı və Həsənqala təpə kurqanı. Burada, həmçinin tunc dövrünə aid yaşayış məskəni mövcuddur.

Kənddə qədimdən güləş yarışmaları keçirilirdi. Bu yarışlara qonşu kəndlərdən pəhləvanlar gəlib yarışlarda iştirak edirdilər. Yarışın qalibinə xonçalar hədiyyə edilirdi. Həmçinin kənddə at yarışları da keçirilirdi.

1985-ci ildə burada Həsənqala kənd məktəbi fəaliyyətə başlayıb.

1914-ci ilin “Qafqaz təqvimi”ndə əhalinin siyahıyaalınması məlumatına əsasən, Həsənqala kəndində 632 nəfər yaşayırdı. 2009-cu ilin statistik məlumatlarına əsasən, kəndin əhalisinin sayı 1678 nəfər idi. Əhali, əsasən, əkinçilik, maldarlıq, toxumçuluq, bağçılıqla məşğul olur.

Son xəbərlər

Kommunal
Bu gün, 18:01

Şabranda su xətti zədələnib - İsrafın qarşısı alınmır

Gündəm
Bu gün, 17:40

Deputat: "Bu çaylarda sel təhlükəsi artır"

Gündəm
Bu gün, 17:00

Şamaxının deputatı: "30-a yaxın kənddə su problemi var"

Gündəm
Bu gün, 16:12

Bəzi ərazilərə qar yağır - FAKTİKİ HAVA

Gündəm
Bu gün, 16:00

Kənan Həsənli: "2026-da dörd peşə təhsili müəssisəsi açılacaq"

Gündəm
Bu gün, 15:20

Şahin Məlikov: "Şəki yaxın illərdə əsas turizm mərkəzi olacaq"

Gündəm
Bu gün, 14:40

Küləkli hava şəraiti ilə bağlı xəbərdarlıq edilib

Gündəm
Bu gün, 14:00

FHN-in sifarişi ilə 4 ev tikiləcək

Bu gün nə günüdür?
Bu gün, 13:34

Qubalı Vətən müharibəsi şəhidinin ad günüdür

İdman
Bu gün, 12:50

Qax məktəbliləri oxatma ilə tanış olublar

Xaçmaz
Bu gün, 12:05

Xaçmazda zərərçəkmiş fermerə 200 min manat sığorta ödənildi

Bu gün nə günüdür?
Bu gün, 11:13

Qubanın tanınmış fotoqrafı Nazim Səlimxanoğlu 70 yaşını qeyd edir

Xaçmaz
Bu gün, 10:40

Xaçmazda dəm qazı faciəsi

Gündəm
Bu gün, 09:53

Azərbaycanda İİV-lə yaşayanların sayı açıqlanıb

Gündəm
Bu gün, 09:10

14 yaşlı qız dəm qazından zəhərləndi

Gündəm
Dünən, 18:01

"Şahdağ Turizm Mərkəzi"ndə yoxlamalar aparılıb

Gündəm
Dünən, 17:36

Sabah bəzi ərazilərə qar yağacaq

Gündəm
Dünən, 16:41

Avtomobil aşdı, kənd qazsız qaldı

Gündəm
Dünən, 16:00

Bu gündən Azərbaycanda ov qadağan olunur

Nəqliyyat və yollar
Dünən, 15:20

Xızıda minik avtomobili yanıb

İdman
Dünən, 14:15

Zaqatalada "Məktəbli Kuboku"na start verilib

Gündəm
Dünən, 13:24

Bu il Şəkidə 1017 nəfəri it dişləyib - FOTO

Gündəm
Dünən, 12:40

Şəkidə yanğın olub

İqtisadiyyat
Dünən, 11:32

Əmək pensiyalarının təyin edilməsi qaydası dəyişib

Oxşar xəbərlər