Xaçmaz rayonunun Qoçaqlı kəndində sakinlər təşəbbüsləri ilə diqqət çəkiblər.
Shimal.News xəbər verir ki, kəndin bütün məhəllələri yerli sakinlər tərəfindən nömrələnib və müvafiq lövhələr də quraşdırılıb. Onlar bildirirlər ki, bu addım kəndə gələn qonaqların ünvanı rahat tapa bilmələri üçün atılıb.
Bununla yanaşı, Qoçaqlı kənd sakinlərinin təşəbbüsü ilə vəsait toplanıb və futbol meydançası bərpa edilib. Yaşıllıqların bərpası üçün isə kənddə 400-dən çox həmişəyaşıl ağac əkilib.
Məlumat üçün bildirək ki, Qoçaqlıda 1500 nəfərə yaxın əhalisi var.
