Aşağı Zeyid (Aşağı Zeyd) kəndi Xaçmaz rayonunda, Qara çayın sağ sahilində, Samur-Dəvəçi ovalığında yerləşir. Yaşayış məntəqəsinin əsasını Qasım adlı bir şəxs qoyduğundan kənd “Qasım qışlağı” kimi də tanınır.
Yaşayış məntəqəsi XIX əsrin ortalarında Quba rayonunun Zeyd kəndindən bir qrup ailənin buraya məxsus qışlaq yerində məskunlaşması nəticəsində yaranmışdır.
Zeyd toponimi ərəb mənşəlidir və xalq etimologiyasına görə, “Zeyd” “Seyid” sözünün təhrifə uğramış formasıdır. Digər bir fikrə görə, “Zeyd”, “Zeyt” türk dilində “zey” - “sulu yer, bulaqlı yer” mənasını ifadə edir.
Kənddə orta əsrlərə aid yaşayış yeri mövcuddur.
Aşağı Zeyid kəndində 2009-cu ilin rəsmi statistik məlumatına əsasən, 941 nəfər yaşayıb.
İstinad edilən mənbələr: