top
Xaçmazda yerləşən Azərbaycanın ən gənc Milli Parkı
20 dekabr 2022, 18:30
- +

Xaçmazda yerləşən Azərbaycanın ən gənc Milli Parkı

Azərbaycanın ən gənc Milli Parkı hesab edilən Samur-Yalama Milli Parkı Xəzərsahili zonanı, Samur-Şabran ovalığını əhatə edir. Park 5 noyabr 2012-ci ildə Xaçmaz rayonunda yaradılıb. Samur-Yalama Milli Parkının meşələri ölkədə birbaşa Xəzər dənizinə çıxan yeganə yerdir. Park Almaniya Federal Hökumətinin dəstəyi ilə “Qafqaz təşəbbüsü” proqramı çərçivəsində yaradılmışdır, tikintisini isə alman bankı maliyyələşdirmişdir.

Parkın əsas yaranma məqsədi Xəzər dənizinin sahil ekosisteminin mühafizəsi, bir neçə nadir təbii ərazinin bioloji və genetik müxtəlifliyinin qorunması və ekoturizmin inkişaf etdirilməsidir.

Milli Parkın ərazisinin əsasını meşə və düzən landşaft təşkil edir. Parkın ərazisinə daxil olan sahil suları isə balıqla zəngindir. Parkın şimalında, Samur çayının sol sahilində, Rusiyanın eyniadlı Samur dövlət təbiət qoruğu yerləşir.

Milli Parkın florasında itburnu, sarmaşıq, dazı otu, yağı otu, ballı nanə və başqa dərman bitkiləri geniş yayılmışdır. Samur-Yalama Milli parkının ekosistemində əsas ağac növləri uzunsaplaq palıd və İberiya palıdıdır. Rast gəlinən bitki növlərinin arasında düzən ağcaqayını, gürcü palıdı, Şərq fıstığı, göyrüş, qızılağac, uzunyarpaq tozbaş səhləb, Biberşteyn dağlaləsi, əzgil, çiyələk və digərləri var.

Heyvan növlərindən isə çöl donuzuna, yenota, balıq növlərindən  çapaq, kütüm, xəşəmə(həşəm) rast gəlinir. Burada “Qırmızı Kitab”a daxil olan qamışlıq pişiyi, vaşaq, Qafqaz maralı, Qafqaz köpkəri, Avropa cüyürü, böyük qırğı, məzar qartalı, adi qızılquş, fısıldayan qulələk, dəniz sıfı, Eldar şamı kimi növlərə rast gəlmək olar. Həmçinin dünyanın ən böyük forel balıqlarından biri - Xəzər foreli Samur-Yalama Milli Parkında qorunur.

[caption id="attachment_33679" align="alignnone" width="640"]Xaçmazda yerləşən Azərbaycanın ən gənc Milli Parkı Photo Shimal.News[/caption]

[caption id="attachment_33678" align="alignnone" width="640"]Xaçmazda yerləşən Azərbaycanın ən gənc Milli Parkı Photo Shimal.News[/caption]

İstinad edilən mənbələr:


 

Son xəbərlər

Kommunal
Dünən, 18:01

Şabranda su xətti zədələnib - İsrafın qarşısı alınmır

Gündəm
Dünən, 17:40

Deputat: "Bu çaylarda sel təhlükəsi artır"

Gündəm
Dünən, 17:00

Şamaxının deputatı: "30-a yaxın kənddə su problemi var"

Gündəm
Dünən, 16:12

Bəzi ərazilərə qar yağır - FAKTİKİ HAVA

Gündəm
Dünən, 16:00

Kənan Həsənli: "2026-da dörd peşə təhsili müəssisəsi açılacaq"

Gündəm
Dünən, 15:20

Şahin Məlikov: "Şəki yaxın illərdə əsas turizm mərkəzi olacaq"

Gündəm
Dünən, 14:40

Küləkli hava şəraiti ilə bağlı xəbərdarlıq edilib

Gündəm
Dünən, 14:00

FHN-in sifarişi ilə 4 ev tikiləcək

Bu gün nə günüdür?
Dünən, 13:34

Qubalı Vətən müharibəsi şəhidinin ad günüdür

İdman
Dünən, 12:50

Qax məktəbliləri oxatma ilə tanış olublar

Xaçmaz
Dünən, 12:05

Xaçmazda zərərçəkmiş fermerə 200 min manat sığorta ödənildi

Bu gün nə günüdür?
Dünən, 11:13

Qubanın tanınmış fotoqrafı Nazim Səlimxanoğlu 70 yaşını qeyd edir

Xaçmaz
Dünən, 10:40

Xaçmazda dəm qazı faciəsi

Gündəm
Dünən, 09:53

Azərbaycanda İİV-lə yaşayanların sayı açıqlanıb

Gündəm
Dünən, 09:10

14 yaşlı qız dəm qazından zəhərləndi

Gündəm
01 dekabr 2025, 18:01

"Şahdağ Turizm Mərkəzi"ndə yoxlamalar aparılıb

Gündəm
01 dekabr 2025, 17:36

Sabah bəzi ərazilərə qar yağacaq

Gündəm
01 dekabr 2025, 16:41

Avtomobil aşdı, kənd qazsız qaldı

Gündəm
01 dekabr 2025, 16:00

Bu gündən Azərbaycanda ov qadağan olunur

Nəqliyyat və yollar
01 dekabr 2025, 15:20

Xızıda minik avtomobili yanıb

İdman
01 dekabr 2025, 14:15

Zaqatalada "Məktəbli Kuboku"na start verilib

Gündəm
01 dekabr 2025, 13:24

Bu il Şəkidə 1017 nəfəri it dişləyib - FOTO

Gündəm
01 dekabr 2025, 12:40

Şəkidə yanğın olub

İqtisadiyyat
01 dekabr 2025, 11:32

Əmək pensiyalarının təyin edilməsi qaydası dəyişib

Oxşar xəbərlər