Padar kəndi Xaçmaz rayonunda yerləşir. Kəndin yaranma tarixi ilə bağlı dəqiq məlumat yoxdur.
Kəndin adı “padar” adlı qayı türklərinin Oğuz-Səlcuq tayfası ilə bağlıdır. Ehtimal edilir ki, padarlar, XIII-XIV əsrlərdə Elxanilər (Hülakülər) dövründə, Orta Asiyadan indiki Azərbaycana gəlmişlər.
XVI–XVIII əsrlərdə isə Səfəvilər dövründə padarlar digər tayfaların basqınlarının qarşısını almaq məqsədilə Azərbaycanın şimalına köçürülmüşlər. Onlar Səfəvilərin hakimiyyət uğrunda mübarizəsində qızılbaşlara qatılmışlar. Hazırda Xaçmaz rayonunda Padar və Armudpadar oykonimləri həmin tirədən hesab edilir.
Padar kəndindən 500 metr cənub-şərqdə ilk dəmir dövrünə aid kurqan yerləşir. 1796-cı ilin məlumatına əsasən, Quba xanlığında yerləşən Padar kəndi Müşkür mahalına aid idi. “Dağlar qızı Reyhan” mahnısı Xaçmazın Padar kəndindən olan gəlin Reyhana həsr olunmuşdur.
1915-ci ilin “Qafqaz təqvimi”ndə Padar kəndində 108 nəfərin yaşadığı qeyd olunur. 2009-cu ilin rəsmi məlumatına əsasən, kənd əhalisinin sayı 766 nəfər təşkil edib.
Azərbaycan ərazisində padarlarla bağlı bir çox toponimlər var. Ağsu, Şabran, Hacıqabul, Oğuz, Qubadlı rayonlarında “Padar” adlı yaşayış məntəqələri mövcuddur.
[caption id="attachment_45285" align="alignnone" width="640"]
Photo Shimal.News[/caption]
[caption id="attachment_45283" align="alignnone" width="640"]
Photo Shimal.News[/caption]
İstinad edilən mənbələr: