Məscid Xaçmaz şəhərində yerləşir. İbadətgah 1950-1952-ci illərdə yerli sakin Hacı Hüseynağanın təşəbbüsü və yerli sakinlərin vəsaiti hesabına inşa olunub.
İbadətgah düzbucaq formasındadır, divarları kərpiclə hörülüb. İbadət evinin tavanı taxta ilə işlənib. Məscidin minbəri taxtadan düzəldilib və altı pilləlidir. İbadətgahın damı və günbəzi dəmirlə işlənib, mehrabı isə üç metr təşkil edir. Məscid iki hissədən ibarətdir: qadınlar və kişilər üçün nəzərdə tutulan şöbələr. İbadət evinin səkkiz pəncərəsi var.
Xaçmaz şəhər Cümə məscidinin yerində vaxtı ilə başqa ibadətgah mövcud olub. Lakin həmin məscid sökülərək yerində yeni ibadət evi, indiki məscid tikilmişdir.
İstinad edilən mənbələr: