Şabran rayonunda tatların kompakt yaşadıqları Dağbilici kəndinə "Kəndinə qayıt" verilişinin yeni buraxılışı çəkilib.
Baku TV-nin məlumatına görə, Dağbilici kənd məktəbinin direktoru, tarixçi Sirac Orucov keçmişdə tat xalqının bu əraziyə köçürülmə səbəbindən danışıb:
"Tatların Azərbaycana köçürülməsi eramızın 5-6-cı əsrlərinə aiddir. Bu, Albaniya dövlətinin Sasanilərin tərkibinə aid olduğu dövrə təsadüf edir. Tatları bura köçürməkdə əsas məqsəd Şimal bölgəsinin mühafizəsini təşkil etmək idi. Yaşadığımız ərazidə əhalinin əksəriyyəti türklərdən ibarət olduğuna görə şimaldan gələn axınların qarşısını almaq Sasanilər üçün çətin idi. Bu səbəbdən fars dilində danışan xalqların bir hissəsini bura köçürdülər", - deyə o qeyd edib.
Daha ətraflın süjetdə: