Qusar rayonunun Fəxrəddin Musayev küçəsində (keçmiş Lenin küçəsi) bir ev-muzeyi yerləşir. Bu evdə 1837-ci ildə bir müddət məhşur rus şairi Mixail Yuryeviç Lermontov yaşayıb.
Shimal.News məlumat verir ki, çoxları bu evin şəxsi mülkiyyət olduğunu bilmir. Buranı ziyarət etmək yalnız sahibinin icazəsi ilə mümkündür. Mənzildə Lermontovun şəxsi əşyaları var. Onların bir neçəsi isə Qusar Tarix-Diyarşünaslıq muzeyində saxlanılır.