Buzxana İsmayıllı rayonunun Sulut kəndində yerləşir. Abidənin önündə qoyulan lövhədə onun XIV-XVIII əsrlərdə inşa edildiyi qeyd olunub. Lakin bəzi mənbələrə görə, buzxana XVIII əsrin sonu - XIX əsrin əvvəllərinə aid edilir və Şirvan xanı Mustafanın təşəbbüsü və dəstəyi ilə tikilib.
Güman edilir ki, buzxana Hərəm qalasını ərzaqla təmin etmək üçün istifadə olunub. Həmin ehtimala əsasən, Şirvan xanları buradan ərzaq məhsullarını saxlamaq üçün soyuducu kimi istifadə ediblər. Digər versiyaya görə, abidə kiçik həbsxana kamerası kimi istifadə olunub.
Abidə çay daşından inşa olunub. Buzxananın üstü tağvari formadadır. Onun əsas hissəsi yerin altındadır və yalnız üstünün tağı yer səthindədir. İçəri tərəfindən divarların bir hissəsi hamar və yonulmuş daşlarla üzlənib.
Sulut buzxanası bir vaxtlar Sulut kəndinin ərazisində yerləşən Fitdağ qalasının süqutundan və şəhər əhalisinin Şamaxıya köçürülməsindən sonra Şirvan xanı Mustafanın xəzinəsini axtaran rus əsgərləri tərəfindən qismən dağıdılıb.
[caption id="attachment_55212" align="alignnone" width="640"]
[/caption]
[caption id="attachment_55215" align="alignnone" width="640"]
[/caption]
[caption id="attachment_55214" align="alignnone" width="640"]
[/caption]
[caption id="attachment_55213" align="alignnone" width="640"]
[/caption]
İstinad edilən mənbələr: