top
Sovet dövründə yayımlanmasına qadağa qoyulan “Fətəli xan” filmi
06 noyabr 2022, 14:30
- +

Sovet dövründə yayımlanmasına qadağa qoyulan “Fətəli xan” filmi

Tarixi-bioqrafik “Fətəli xan” filmi XVIII əsrdə qubalı Fətəli xanın Azərbaycan xanlıqlarını birləşdirib, vahid bir dövlət yaratmaq uğrunda mübarizəsindən bəhs edir. Kino ideoloji təbliğat əsəri kimi yaradılmışdır və 1947-ci ildə çəkilib, 1958-ci (1959) ildə yayımlanmışdır.

1942-ci ildə Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsi Azərbaycanın dövlət xadimləri haqqında yüksək səviyyəli bədii əsərlər yaratmağa çağırış edir. Bu çağırışa cavab olaraq, yazıçı Ənvər Məmmədxanlı “Fətəli xan” filminin ssenarisini yazıb, studiyaya təhvil verir. Ssenarini onunla birgə, həmçinin Mehdi Hüseyn yazıb.

“Fətəli xan” kinoəsəri sovet ideologiyası ilə uyğun gəlmədiyindən filmin ekrana çıxarılmasına qadağa qoyulmuşdur. Buna səbəb isə filmdə Azərbaycan xanlıqlarını birləşdirib vahid dövlət yaratmaq istəyən Fətəli xanın siyasətinin sovet ideologiyasına sərfəli olmaması idi. Həmçinin buna görə həmin vaxt filmdən bir çox maraqlı hissələr çıxarılmışdır.

“Fətəli xan” filminin bir çox epizodları kinostudiyanın pavilyonunda və həyətində, qala divarları qarşısında baş verən hadisələr isə Buzovnada lentə alınıb.

Kinonun çəkilişi zamanı bir sıra çətinliklər yaranıb. Filmin direktoru Daniil Yevdayevin kinostudiyanın direktoru Nüsrət Vəzirova yazdığı məktubdan bunu aydın görmək olar. Məktubda belə deyilir: “İşıq şəraitinin pis olması, yəni günəşin olmaması ilə əlaqədar iki böyük natura dekorasiyasının - Dərbənd qalasının xarici görünüşünün (Buzovnada) və həmin qalanın iç tərəfinin (kinostudiyanın həyətində) çəkilişlərini günəşli hava bərpa olana qədər saxlamaq lazım idi. Halbuki çox çətinliklə böyük sayda insan və atlı toplanmışdı”.

Filmin quruluşçu rejissoru SSRİ xalq artisti, SSRİ Dövlət mükafatı laureatı Yefim Dziqan idi. Filmin ikinci rejissoru Zeynəb Kazımova olub. Filmdə Fətəli xan obrazını isə Xalq artisti Ələsgər Ələkbərov canlandırıb. Fətəli xanın həyat yoldaşı Tutu (Tuti) Bikə rolunda isə Xalq artisti Leyla Bədirbəyli çəkilib. Filmin bəstəkarı Niyazi idi.

İstinad edilən mənbələr:


  • Şəmsəddin Abbasov.-Sovet Azərbaycanının kinosu.-Kommunist.- 29 avqust. 1958.

  • Кино: Энциклопедический словарь. Москва-1987.

  • 57 ildən sonra ilk baxış.-Xalq qəzeti.-15 fevral 2004.

  • Aydın Kazımzadə. Azərbaycan kinosu. I cild. Bakı-2003.

  • Aydın Kazımzadə. Kino və zaman. Bakı-2016.

  • https://www.youtube.com/watch?v=bclOM58cJNs

Son xəbərlər

Kommunal
Dünən, 18:01

Şabranda su xətti zədələnib - İsrafın qarşısı alınmır

Gündəm
Dünən, 17:40

Deputat: "Bu çaylarda sel təhlükəsi artır"

Gündəm
Dünən, 17:00

Şamaxının deputatı: "30-a yaxın kənddə su problemi var"

Gündəm
Dünən, 16:12

Bəzi ərazilərə qar yağır - FAKTİKİ HAVA

Gündəm
Dünən, 16:00

Kənan Həsənli: "2026-da dörd peşə təhsili müəssisəsi açılacaq"

Gündəm
Dünən, 15:20

Şahin Məlikov: "Şəki yaxın illərdə əsas turizm mərkəzi olacaq"

Gündəm
Dünən, 14:40

Küləkli hava şəraiti ilə bağlı xəbərdarlıq edilib

Gündəm
Dünən, 14:00

FHN-in sifarişi ilə 4 ev tikiləcək

Bu gün nə günüdür?
Dünən, 13:34

Qubalı Vətən müharibəsi şəhidinin ad günüdür

İdman
Dünən, 12:50

Qax məktəbliləri oxatma ilə tanış olublar

Xaçmaz
Dünən, 12:05

Xaçmazda zərərçəkmiş fermerə 200 min manat sığorta ödənildi

Bu gün nə günüdür?
Dünən, 11:13

Qubanın tanınmış fotoqrafı Nazim Səlimxanoğlu 70 yaşını qeyd edir

Xaçmaz
Dünən, 10:40

Xaçmazda dəm qazı faciəsi

Gündəm
Dünən, 09:53

Azərbaycanda İİV-lə yaşayanların sayı açıqlanıb

Gündəm
Dünən, 09:10

14 yaşlı qız dəm qazından zəhərləndi

Gündəm
01 dekabr 2025, 18:01

"Şahdağ Turizm Mərkəzi"ndə yoxlamalar aparılıb

Gündəm
01 dekabr 2025, 17:36

Sabah bəzi ərazilərə qar yağacaq

Gündəm
01 dekabr 2025, 16:41

Avtomobil aşdı, kənd qazsız qaldı

Gündəm
01 dekabr 2025, 16:00

Bu gündən Azərbaycanda ov qadağan olunur

Nəqliyyat və yollar
01 dekabr 2025, 15:20

Xızıda minik avtomobili yanıb

İdman
01 dekabr 2025, 14:15

Zaqatalada "Məktəbli Kuboku"na start verilib

Gündəm
01 dekabr 2025, 13:24

Bu il Şəkidə 1017 nəfəri it dişləyib - FOTO

Gündəm
01 dekabr 2025, 12:40

Şəkidə yanğın olub

İqtisadiyyat
01 dekabr 2025, 11:32

Əmək pensiyalarının təyin edilməsi qaydası dəyişib

Oxşar xəbərlər