- Qusarın Nəriman Nərimanov parkı.
Park Qusar şəhərinin mərkəzindəki Muxtadır küçəsində yerləşir və 1853-cü ildə yaradılmışdır. 1963-cü ildə park Azərbaycan ərazisində yerləşən ən yaxşı park adına layiq görülmüşdür. Ərazisi 3 hektardan artıq olan parkda çox sayda ağac növləri və dekorativ bitkilər var. Burada müxtəlif dövrlərə aid heykəllər də quraşdırılıb.
Park Quba şəhərinin Nəriman Nərimanov küçəsində yerləşir və 1946-cı ildə İkinci Dünya müharibəsindən sonra əsir götürülmüş almanlar tərəfindən salınıb. Nizami parkı haqqında “Lonelyplanet” beynəlxalq nəşr şirkəti öz saytında məlumat verib. Parkda pilləkən boyu qızıl suyuna çəkilmiş müxtəlif heykəllər qoyulub.
Çənlibel parkı Xaçmaz şəhərinin girişində yerləşir. Park 2012-ci ildə salınıb. Çənlibel parkı 8-12 hektar ərazini əhatə edir. Burada Azərbaycanın xalq qəhrəmanı Koroğlunun at belində heykəli, qədim üslubda tikilmiş Lampa abidəsi, 19 metr hündürlükdə süni dağ kompleksi mövcuddur.
- İsmayıllı rayonunun Heydər Əliyev adına Mədəniyyət və İstirahət parkı
Heydər Əliyev adına park İsmayıllı şəhərində yerləşir. Park 1998-ci ildən Heydər Əliyev adına Mədəniyyət və İstirahət Parkı adlandırılmışdır. Parkın ümumi sahəsi 9 hektardır. Burada “Heydər Əliyev adına park” sözləri həkk olunan portal, attraksionlar, Azərbaycanın milli ornamentlərinə uyğun xüsusi gül çələnglərindən ibarət guşə mövcuddur. Parkın ərazisində Azərbaycanda ilk dəfə olaraq “Yapon bağı” salınmışdır.
İstinad edilən mənbələr:
● http://www.anl.az/down/meqale/azerbaycan/azerbaycan_oktyabr2009/94231.htm