top
Sasani dövrünə aid sikkənin aşkar edildiyi Qubanın Xucbala kəndi
09 aprel 2023, 18:00
- +

Sasani dövrünə aid sikkənin aşkar edildiyi Qubanın Xucbala kəndi

Xucbala kəndi Quba rayonunda, Qusar maili düzənliyində yerləşir.

Kəndin keçmiş adı “Yuxarı Xuc” olmuşdur. Oykonim “Xuc” (qıpçaqların kuç tayfa adı) və “bala” (kiçik) komponentlərindən düzəlib və “kiçik Xuc kəndi” mənasındadır. Buradakı “bala” komponenti yaşayış məntəqəsini Quba rayonundakı “Orta Xuc” və “Aşağı Xuc” kəndlərindən fərqləndirmək məqsədilə bu cür adlandırılmışdır.

Kənddə Xucbala nekropolu və Qartal təpəsi var. Burada Xucbala abidələri kimi tanınan erkən orta əsrlərə aid yaşayış yeri də mövcuddur. Arxeoloji qazıntılar zamanı kəndin şimal-şərqində 12 metr qalınlıqda mədəni təbəqə aşkar edilmişdir. Həmçinin burada qara və çəhrayı rəngli kəsmə xətlər və yonma bəzəklərlə, dərin cızmalarla naxışlanmış gil qab qırıqları, daş məmulatı, heyvan sümükləri və Sasani hökmdarı I Qubadın (489-531) adından kəsilmiş gümüş dirhəm tapılmışdır.

XX əsrin əvvəllərində burada yaşlı əhalinin savadlandırılmasına təşəbbüs göstərmək məqsədilə savad kursları və qiraətxanalar açılmışdır, Bakıdan və başqa şəhərlərdən Qubaya müəllimlər dəvət edilmişdir.

Xucbala kəndində 1886-cı ildə 495 nəfər yaşayıb. 2009-cu ilin rəsmi məlumatına əsasən, kəndin əhalisi 1480 nəfər təşkil edib. Sakinlər, əsasən, heyvandarlıq və bağçılıqla məşğuldurlar.

İstinad edilən mənbələr:







    • Свод статистических данных о населении Закавказского края, извлечённых из посемейных списков 1886 года. Тифлис-1893.

    • Azərbaycan Respublikası əhalisinin siyahıyaalınması 2009-cu il. Bakı-2010.

    • Azərbaycanın toponimlərinin ensiklopedik lüğəti. Bakı-2007.

    • Azərbaycan Sovet Ensiklopediyası. X cild. Bakı-1987.

    • Şahin Fazil. Quba tarixi. Bakı-2016.



Son xəbərlər

Kommunal
Dünən, 18:01

Şabranda su xətti zədələnib - İsrafın qarşısı alınmır

Gündəm
Dünən, 17:40

Deputat: "Bu çaylarda sel təhlükəsi artır"

Gündəm
Dünən, 17:00

Şamaxının deputatı: "30-a yaxın kənddə su problemi var"

Gündəm
Dünən, 16:12

Bəzi ərazilərə qar yağır - FAKTİKİ HAVA

Gündəm
Dünən, 16:00

Kənan Həsənli: "2026-da dörd peşə təhsili müəssisəsi açılacaq"

Gündəm
Dünən, 15:20

Şahin Məlikov: "Şəki yaxın illərdə əsas turizm mərkəzi olacaq"

Gündəm
Dünən, 14:40

Küləkli hava şəraiti ilə bağlı xəbərdarlıq edilib

Gündəm
Dünən, 14:00

FHN-in sifarişi ilə 4 ev tikiləcək

Bu gün nə günüdür?
Dünən, 13:34

Qubalı Vətən müharibəsi şəhidinin ad günüdür

İdman
Dünən, 12:50

Qax məktəbliləri oxatma ilə tanış olublar

Xaçmaz
Dünən, 12:05

Xaçmazda zərərçəkmiş fermerə 200 min manat sığorta ödənildi

Bu gün nə günüdür?
Dünən, 11:13

Qubanın tanınmış fotoqrafı Nazim Səlimxanoğlu 70 yaşını qeyd edir

Xaçmaz
Dünən, 10:40

Xaçmazda dəm qazı faciəsi

Gündəm
Dünən, 09:53

Azərbaycanda İİV-lə yaşayanların sayı açıqlanıb

Gündəm
Dünən, 09:10

14 yaşlı qız dəm qazından zəhərləndi

Gündəm
01 dekabr 2025, 18:01

"Şahdağ Turizm Mərkəzi"ndə yoxlamalar aparılıb

Gündəm
01 dekabr 2025, 17:36

Sabah bəzi ərazilərə qar yağacaq

Gündəm
01 dekabr 2025, 16:41

Avtomobil aşdı, kənd qazsız qaldı

Gündəm
01 dekabr 2025, 16:00

Bu gündən Azərbaycanda ov qadağan olunur

Nəqliyyat və yollar
01 dekabr 2025, 15:20

Xızıda minik avtomobili yanıb

İdman
01 dekabr 2025, 14:15

Zaqatalada "Məktəbli Kuboku"na start verilib

Gündəm
01 dekabr 2025, 13:24

Bu il Şəkidə 1017 nəfəri it dişləyib - FOTO

Gündəm
01 dekabr 2025, 12:40

Şəkidə yanğın olub

İqtisadiyyat
01 dekabr 2025, 11:32

Əmək pensiyalarının təyin edilməsi qaydası dəyişib

Oxşar xəbərlər