Sarvan Qarakişi oğlu Salmanov 21 (22) dekabr 1927-ci ildə İsmayıllı rayonunun Zoğallıq kəndində anadan olub.
O, əmək fəaliyyətinə 1945-ci ildə Mingəçevir Su Elektrik Stansiyasında başlayıb. Burada o, müxtəlif vəzifələrdə çalışıb. 1979-cu ildən Rayon Elektrik Stansiyasında direktor müavini işləyib.
Sarvan Salmanov iki dəfə ardıcıl olaraq, Azərbaycan Ali Sovetinin deputatı seçilib. O, 1969-cu ildə Lenin ordeni ilə təltif edilib. SSRİ-nin və Azərbaycanın fəxri energetiki olub. 1971-ci ildə Salmanov Sosialist Əməyi Qəhrəmanı adına layiq görülüb. 1980-ci ildə Sarvan “SSRİ-nin əməkdar energetika mühəndisi” fəxri adını alıb.
Məhz Sarvan Salmanovun bilavasitə iştirakı ilə Mingəçevir stansiyasının ilk hidroaqreqatı işə salındı və stansiya tam gücü ilə fəaliyyətə başladı. Azərbaycanın Xalq şairi Səməd Vurğunun “Muğan” poemasında Sarvan Salmanovun obrazı yaradılmışdır.
Sarvan Salmanov 2003-cü ildə vəfat edib.
İstinad edilən mənbələr: