Sizə Leyla Məmmədbəyovanın həyatından 7 fakt təqdim edirik:
- Əslən qubalı olan Leyla Məmmədbəyova 17 sentyabr 1909-cu ildə Bakıda (digər mənbələrdə Qubada) anadan olub. O, kiçik yaşlarından anasını itirib.
- Leyla 14 yaşında olarkən 19 yaşlı Bəhram Məmmədbəyovla ailə qurub. Leylanın həyat yoldaşı daim ona dəstək olub, onun həm oxumağına, həm işləməsinə icazə verib.
- L.Məmmədbəyova 1928-ci ildə çadradan imtina edib.
- 1933-cü ildə Leyla paraşütlə tullanaraq, Sovet İttifaqının ikinci qadın paraşütçüsü olub.
- Leyla İkinci Dünya müharibəsində iştirak etmək istəsə də, çoxuşaqlı ana olduğuna görə ona icazə verilmir. Lakin Leyla təslim olmamış, müharibə illərində 4000 desantçı-paraşütçu hazırlayıb, cəbhəyə yollamışdır.
- O, SSRİ-nin Osoaviaxim təyyarəçilər məktəbinə qəbul olunan 22 nəfərdən tək qadın olub.
- Leyla 6 uşaq böyüdüb tərbiyə etdiyinə görə, “Analıq medalı” ilə təltif olunmuşdur. O, 1932-ci ildə təhsilini davam etdirmək üçün Moskvaya göndəriləndə Mircəfər Bağırova: “uşağım balacadır ”- deyib. Bağırov isə uşaqlar üçün dayə veriləcəyini söyləyib. Leylanın böyük oğlu Firudin İkinci Dünya müharibəsinin, kiçik oğlu Xanlar isə Birinci Qarabağ müharibəsinin iştirakçıları olublar.
İstinad edilən mənbələr: